16:58 10.01.2020 1539

"İstefa ərizəmi yazıb, ağrı və kədərlə "Neftçi"dən getməli oldum" - MÜSAHİBƏ

Fanat.az Azərbaycanın əməkdar həkimi, ölkə futbolunun ən titullu və tanınmış idman həkimlərindən olan Boris Xetaqurovun Sport7.az-a müsahibəsini təqdim edir

- Boris bəy, biraz özünüzdən bəhs edin...
- Əslən bakılıyam. Bakıda doğulub-böyümüşəm. Yaxşı idmançıları ilə tanınan, paytaxtın köhnə səmitlərindən olan Çəmbərəkənd məhəlləsində... Həkim ailəsində böyümüşəm. Atam Azərbaycan Səhiyyə nazirinin müavini, Respublika Xəstəxanasının baş həkimi vəzifələrində çalışıb. "Azərbaycanın əməkdar həkimi" adına sahib idi. Anam isə stomatoloq olub. Bacım uşaq həkimi, onun həyat yoldaşı isə terapevtdir. 

- Bəs necə oldu ki, idman sahəsinə gəldiniz?
- Bakının idman təmayüllü məktəblərindən olan 6 nömrəli orta məktəbdə təhsil almışam. Bu məktəbdə təhsil alıb idmanla məşğul olmamaq mümkün deyil. Yüngül atletika ilə məşğul olurdum. SSRİ-nin əməkdar məşqçisi Əfqan Səfərovun rəhbərliyi altında "Dinamo" cəmiyyətində məşq edirdim. Yəni yeniyetmə vaxtlarım idman və idmançıların ətrafında keçib. Və bu, gələcəkdə mənim idman həkimliyi sahəsinə meyillənməyimdə böyük rol oynadı. 

Orta məktəbi bitirdikdə artıq peşə seçmək barədə tərəddüdüm qalmamışdı. Elə valideynlərimin yolu ilə getdim və Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil oldum və müalicə-profilaktika fakültəsi üzər təhsil aldım. İdmanla məşğul olduğum üçün elə təhsil aldığım müddətdə idman həkimliyi ilə maraqlanırdım. 

Həmin vaxtlar institutumuzda kafedra müdiri tanınmış professor, Azərbaycan idman təbabətinin banilərindən biri olan Kamal Axundov idi. Seçimimi təsdiqlədi və Tibb İnstitutunu bitirdikdən sonra idman tibbi ilə ciddi məşğul olmağı məsləhət gördü. İdman həkimi kimi formalaşmağımda Kamal Axundov böyük rol oynadı.
 
 

O illərdə "Neftçi"nin baş məşqçisi Çəmbərəkəndə köhnə qonşum olan Ələkbər Məmmədov idi. "Neftçi"nin bir çox futbolçusu ilə də tanış idim. Ələkbər Əmiroviç tibb institutunu bitirdiyimdən xəbər tutanda məni "Neftçi"nin gənclərdən ibarət komandasında həkim işləməyə dəvət etdi. Bu 1965-ci ilin aprel ayında oldu. 1966-cı ilin yanvarında isə "Neftçi"nin əsas komandasının baş həkimi vəzifəsinə təyin edildim. Həmin vaxtlar komanda əsas və əvəzedici heyətdən ibarət idi. Bir komanda, bir kollektiv idi. Komandanın bir rəhbəri, bir baş məşqçisi, bir məşqçisi, həkim və administratoru vardı. Massajçı vəzifəsi yaradılmamışdı. Ona görə də massajçı vəzifəsini də yerinə yetirməli olurdun. Etiraf edirəm ki, ilk il çətin oldu. İnstitutu yeni bitirmiş, "Neftçi"yə gələnə kimi heç bir təcrübə keçməyən cavan həkim idim.

Burada mənə Azərbaycanın tanınmış çərrah-travmatoloqu Əziz Talışinski dəstək göstərdi. O, gənclik illərində futbolla məşğul olmuşdu deyə idman zədələrindən çox məlumatlı idi. Özü də Travmatologiya və Ortopediya üzrə Bakı institutunda işləyirdi. Futbolçuların zədəsi ilə bağlı çətinliyim yarananda Talışinski həkimin konsultasiyasına gedirdim. Əziz Ağaxanoviçə mənə peşəkar məktəb keçdiyi üçün minnətdaram. 

- Ümumiyyətlə, karyeranız ərzində hansı klublarda çalışmısınız, nə kimi nailiyyətlər əldə etmisiniz? Bizə ən yaxşı, ən pis, ən çətin günlərinizdən bəhs edə bilərsiniz?
- Onu qeyd edim ki, "Neftçi"dəki ilk ilim mənim üçün əlamətdar oldu. Komanda SSRİ-i çempionatının güclülər dəstəsində üçüncü yeri tutdu. 

İllər keçdi ... Azərbaycan futbolunda fəaliyyətimi davam etdirdim. Almaniyada "Professor Pfeifferin İdman Tibb Mərkəzində" və Moskvada Akademik Priorov adına Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunda həkimlər üçün təsis olunan kursları bitirdim. Öz işimdə müəyyən uğurlar qazandım.
1978-ci ildə  "Neftçi" futbol komandasındakı tibb mərkəzimiz Sovet İttifaqının futbol komandaları arasında ən yaxşısı seçildi. Sovet futbolunun ən yaxşı həkimlərindən biri kimi SSRİ İdman Komitəsinin diplomu və "Kristal futbol topu" mükafatına layiq görüldüm.

1985-ci ildə "Fiziki fəaliyyəti artıran cihaz" ixtirası üçün SSRİ Dövlət İxtiralar və Kəşflər Komitəsinin müəllif hüquqları sertifikatını aldım. 

AFFA yarandığı ildən, yəni 1992-ci ildən düz 14 il Azərbaycan milli komandasının baş həkimi vəzifəsində çalışdım. Həmçinin AFFA-nın İcraiyyə Komitəsinin üzvü və AFFA Tibb Komitəsinin sədri idim. 
 


Öz təcrübəmi gənc həkimlərlə paylaşmağa çalışırdım. Bakıda futbol klublarının həkimləri üçün idman tibbi üzrə seminarlar keçirdim. Bu seminarlara Türkiyədən, Almaniyadan, Lüksenburqdan əcnəbi mütəxəssislər dəvət edirdim. Öz köməkçilərimi isə Moskvaya, İstanbula, Kiyevə təhsil almaq üçün göndərirdim. 

Azərbaycanın əməkdar həkimi adına layiq görüldüm. İdman tibbində ən yüksək tibbi kateqoriya aldım.

2018-ci ildə "BAKILI" beynəlxalq mədəniyyət cəmiyyəti elm, mədəniyyət, incəsənət sahələrində, eləcə də idman və televiziya nümayəndələrinə verilən Azərbaycan idman təbabətinin inkişafındakı nailiyyətlərə görə məni "HUMAY" Milli Mükafatı ilə təltif etdi.

2004-cü ildə Lənkəranda "Xəzər Lənkəran" futbol komandası yaradıldı. Komandada tibbi xidmətin lazımi səviyyədə təşkili üçün klub rəhbərliyi məni baş həkim vəzifəsinə dəvət etdi. İstanbulda klub prezidenti Mübariz Mənsimovla görüşdüm. Komandanın tibbi təminatı, müasir tibb mərkəzinin yaradılması ilə bağlı bütün məsələləri müzakirə etdik. Klub nümayəndələri ilə Moskvaya, Dubaya, İstanbula getdik, ən müasir tibbi avadanlıqlar aldıq. Avstriyada və Almaniyadan lazımi vitamin və bərpaedici preparatlar əldə etdilər. Bir sözlə, o vaxtlar Azərbaycan futbol komandaları arasında ən yaxşısı olan "Xəzər Lənkəran"da peşəkar tibb mərkəzi yaratdılar.
 


6 ili Lənkəranda keçirdim. Ancaq ailə vəziyyətimə görə uzun müddət evdən uzaq qala bilmədim. Dəfələrlə rəhbərliyindən məni buraxmaqlarını istədim. Sonda klub rəhbərliyi ilə görüşdük və 2010-cu ilin dekabrında "Xəzər Lənkəran"dan ayrıldım.

Və 2011-ci ilin əvvəlində "Neftçi"nin prezidenti Sadıq Sadıqovun dəvəti ilə komandanın baş həkimi vəzifəsinə qayıtdım. Sadıq müəllimə səmimi qəlbdən minnətdarlığımı bildirirəm ki, o, futbol karyeramı başladığım doğma "Neftçi"də davam etdirməyimə imkan yaratdı. 

2015-ci ildə "Neftçi"də klub rəhbərliyi dəyişdi. Yeni rəhbərliklə qarşılıqlı anlaşma olmadı. Qeyd edirəm ki, futbolda işlədiyim 50 il ərzində ilk dəfə idi belə hal baş vermişdi. İstefa ərizəmi yazıb komandanı tərk etməyə məcbur idim. Getdim. Əlbəttə ki, ağrı və kədərlə... Axı doğma komandamda ömrümün 44 ilini keçirtmişdim. Bu komanda ilə 1966-cı ilin sevincli, 1972-ci ildə liqanı tərk etdiyi kədərli günləri birə yaşamışdım. 

- Bəs özünüzü yaşıl meydanlarda futbolçu olaraq sınamısınız?
- Peşəkar futbolçu deyildim, amma bir dəfə "Neftçi"nin heyətində Seneqal millisinə qarşı oynamalı oldum. Hadisə belə oldu: 1967-ci ildə SSRİ çempionatı başa çatdıqdan sonra "Neftçi" Mali, Seneqal, Qvineya ilə yoldaşlıq oyunları üçün Afrikaya yollandı. Səfərin sonları idi. Zədələr səbəbindən Seneqal ilə oyuna 11 oyunçu yığa bilmədik. Ona görə də baş məşqçi Əhməd Ələsgərov ilə mən meydana çıxmalı olduq. Deyilənə görə yaxşı oynadım. Afrikaya səfərimizdə Moskvadan olan jurnalist A.Kuleşov da gəlmişdi. O, "Bədən tərbiyəsi və idman" jurnalında baş verən hadisəni belə təsvir etdi: "Xetaqurov həkim zədəli oyunçulara ən yüksək qayğı nümunəsini göstərdi  - Onların yerində dayandı".

- Bu illər ərzində futbol aləmindən qazandığınız yaxın dostlarınız varmı? 
- Futbolda işlədiyim illər ərzində idman təbabəti sahəsində yetişdirdiyim bir neçə yaxşı mütəxəssis var. Ki, indi də Azərbaycan idmanında çalışırlar. Cüdoda Rəhim Məhərrəmov, gimnastikada Aydın Vaqizov, "Qəbələ"də Fikrət Nəbiyev və Şabəddin Məmmədov, "Neftçi"də Rövşən Muradov kimi mütəxəssislər. 

Ən yaxşı tələbələrimdən biri də Faiq Hüseynovdur. Biz uzun illər onun təhsil aldığı vaxtlardan "Neftçi" və  milli komandada birlikdə çalışmışıq. İndi Faiq Hüseynov 20 ildir ki, Dubayda BƏƏ-nin ən güclü klublarından olan "Əl-Əhli" komandasında işləyir. Tez-tez müxtəlif idman növləri üzrə Birləşmiş Ərəb Əmirliklərinin milli komandalarına iş üçün dəvət olunur. Bir mütəxəssis olaraq Faiq "Əl-Əhli" komandasının rəhbərliyi və oyunçuları tərəfindən çox böyük ehtiram görür. Ancaq Azərbaycan millisində hələ də Faiq kimi bir mütəxəssisə niyə tələbat olmadığı mənə aydın deyil və qəribə gəlir. Üstəlik Faiqin futbolumuza kömək etmək istəyi var.
 


- Futbolumuzun hazırki səviyyəsi ilə bağlı nə düşünürsünüz?
- Hazırda futbolda işləməsəm də, bizim futbolu izləyirəm. Bugünkü çempionatımız çox zəifdir. Əsas liqada cəmi 8 komanda oynayır ... Əvəzedici komandaların çempionatı faktiki olaraq yoxdur. I Divizionda qalib olan komanda yüksək liqaya çıxmırsa, daha I Divizion niyə keçirilir? Komandalarda legioner sayı müəyyən edilməyib. Uşaq futbolunda inkişaf yoxdur.... Ehtiyat yoxdur. Elə millinin zəif çıxışı da bunlardan qaynaqlanır. 

- Gəlmiş-keçmiş Azərbaycan futbolçuları arasından ən güclü hesab etdiyiniz futbolçumuz hansıdır? 
- Mənə görə, Sovet dövründə Azərbaycan futbolunun ən yaxşı oyunçusu Anatoli Banişevski, postsovet dövründə isə Rəşad Sadıqovdur. 

Almaniyadan, İtaliyadan, Türkiyədən, Rusiyadan olan həmkarlarımla hələ də əlaqə saxlayıram. Keçmiş futbolçularımız İqor Ponomaryov, Nazim Süleymanov, Çingiz İsmayılov, Səmədağa Şıxlarov, Asəf Namazov, Maşallah Əhmədov, Asim Xudiyevlə yaxşı, mehriban münasibətlərim var ... Bir sıra klublardan olan futbolçular tez-tez kömək üçün mənə müraciət edirlər. Mümkün qədər məsləhətlə kömək edirəm. Keçmiş futbolçular məni unutmurlar, zəng edirlər, müxtəlif tədbirlərə dəvət edirlər. İdman jurnalistləri hələ də məni yad edirlər. Bu mənim üçün çox xoşdur. Bunlar Azərbaycan futbolunda müsbət iz qoyduğumu göstərir. Demək ki, futbola həsr olunmuş illər boşuna deyilmi!

Röya Kərimli
Oxşar xəbərlər

Xəbər lenti

15 İyul 2020
00:18

Dembele başladı

14 İyul 2020
22:10

Fərid oynadı, komandası lideri yendi

21:30

Vernerin Bundesliqada vurduğu qollar - VİDEO

20:20

Lovren "Liverpul"dan ayrılır? - Kloppun açıqlaması

19:10

Dünya reytinqinin keçmiş "bir nömrə"si ilk qələbəsini qazandı - Karyerasını bərpa etdikdən sonra

18:50

Millimizin yeni baş məşqçisinə İtaliya A Seriyasından təklif

18:36

Türkiyə və Almaniya milliləri yoxlama oyunu keçirəcək

18:15

"Barselona" Koutinyunu Premyer Liqa klublarına təklif edib

17:39

"Bavariya"nın yeni baş məşqçisi o olacaq

17:04

"Atalanta"nın forvardı hovuzda zədə aldı

17:02

"Sumqayıt" baş məşqçisi ilə müqaviləni yenilədi

16:44

Klopp "Siti"nin ÇL qadağasının ləğvinə sevindi: "Yoxsa heç kimin çempionluq şansı olmayacaqdı"

16:28

Düşmənin artilleriya qurğusu döyüş heyəti ilə birlikdə məhv edildi - CƏBHƏDƏN XƏBƏR

16:04

"Mançester Siti"dən Quardiolaya yeni müqavilə

15:47

"Barselona" yeni formasını təqdim etdi - FOTOLAR

14:58

Reşford PSJ-nin "radar"ında

14:36

"Liverpul" Bundesliqadan oyunçu transfer edir

13:51

General və polkovnikdən sonra daha 5 şəhidimiz var - CƏHBHƏDƏN XƏBƏR

13:33

"Real"ın futbolçusu İngiltərə yolunda

13:17

Azərbaycan Ordusunun generalı və polkovniki şəhid oldu - CƏBHƏDƏN XƏBƏR

13:06

Ulduz basketbolçu koronavirusa yoluxdu

12:36

Premyer Liqada yay "transfer pəncərəsi" hansı periodu əhatə edəcək? - QƏRAR

12:13

AFFA Bernhard Lippertlə yolları ayırdı

12:01

Karantini pozaraq futbol oynayan 25 nəfər saxlanıldı - FOTOLAR

11:48

Kavani Bekhemin klubuna "yox" dedi

11:15

Beylin "Real"dakı gələcəyi necə olacaq? - SON DURUM

10:39

Koronavirusun "Barselona"ya vurduğu zərər

10:38

Tovuzun bu kəndi artilleriya atəşinə tutulub - CƏBHƏDƏN XƏBƏR

10:29

Millimizin sabiq üzvü Türkiyə klubunun baş məşqçisi oldu - FOTO

10:13

Ronaldu bacısının paylaşımına görə cərimələnəcək - FOTO

09:58

Dörd qol vuruldu, "İnter" qalib gəldi - VİDEO

09:57

Avropa çempionumuzun qatili məhkəmə qarşısında

09:45

"Real" çempionluğa daha bir addım yaxınlaşdı - VİDEO

09:40

Millimizin sabiq hücumçusu Türkiyə klubunda

09:27

"Breşia"nın prezidenti soyğunçularla əlbəyaxa oldu

09:20

"Trabzonspor" və "Başakşəhər" uduzdu, "Beşiktaş" qələbə qazandı - VİDEOLAR

09:03

Bakıda idmançı qız oğlanı vəhşicəsinə döydü - ANBAAN VİDEO

09:00

"Mançester Yunayted" son saniyələrdə qələbəni əldən verdi - VİDEO

08:58

Məşhur kikboksçu Tovuzdakı döyüşlərdən danışdı - VİDEO

13 İyul 2020
21:37

"Zirə" 6 futbolçusu ilə yolları ayırdı

21:35

Bundesliqanın ən yaxşı 5 müdafiəçisi - VİDEO

20:25

Bir oyunda 74 xal topladı - Keçmiş NBA oyunçusundan möhtəşəm performans

19:20

İtaliyalı yarımmüdafiəçi "Yuventus"un "radar"ında

18:30

La Liqa: "Real" növbəti matçına çıxır

17:58

Arda və məşhur türk məşqçi İtaliyada klub aldılar

17:53

Millimizin rəqibi iki oyun keçirəcək

17:27

Quardiola məhkəmənin qərarına belə reaksiya verdi - FOTO

16:46

"Messi karyerasını bitirdikdən sonra da "Barselona"da qalacaq"

16:07

Beləsini görməmisiniz: Üç dəfə penalti vurdular, heç biri qol olmadı - VİDEO

15:21

"Zirə" kapitanı ilə yollarını ayırdı

15:14

MY-nin müdafiəçisi İtaliya yolunda

15:10

Erlinq Holand gecə klubundan qovuldu - VİDEO

14:48

Millimizin Millətlər Liqasındakı oyunları bu stadionda olacaq

14:46

Mourinyu Avroliqanı "Formula 2" ilə müqayisə etdi

14:04

Məşhur futbolçunun qardaşı güllələndi

13:40

MS İdman Arbitraj Məhkəməsinə təşəkkür etdi - BƏYANAT

13:10

"Mançester Siti" ÇL-də iştirak edəcək - Qadağa ləğv olundu

13:04

Niderland millisinin sabiq müdafiəçisi vəfat etdi

12:49

"Keşlə" Şamaxıya tam heyətlə yollandı

12:24

Klopp Almaniya millisində?

12:12

Milliləşdirilmiş futbolçumuzdan paylaşım: "Şəhidlər ölməz, vətən bölünməz" - FOTO

11:47

Kante karyerasını İtaliyada davam etdirə bilər

11:17

17 yaşlı futbolçu "Qalatasaray"ın tarixinə düşdü

11:13

Klopp "Liverpul"dan sonrakı karyerası barədə danışdı: "Bir il heç nə etməyəcəm"

10:44

Türk məşqçi: "Möhkəm ol, qəhrəman Azərbaycan əsgəri"

10:43

Formula 1: Hemilton Ştiriya Qran-prisinin qalibi oldu

10:20

Rüfət oynadı, komandası darmadağın etdi

09:56

Dörd qol vuruldu, "Milan" xal itirdi - VİDEO

09:25

"Fənərbağça" "Sivasspor"a uduzdu - VİDEO

09:06

Canni De Byazi: "Futbol baxımından böyüyən ölkəyə gedirəm"

Facebookdan bizi izləməyi unutmayın.