20:56 26.09.2020 204

"İstənilən söz hər iki tərəfə təsir edə bilərdi" - Aftandil Hacıyev

"Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 4-cü turunda  "Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
 
Fanat.Az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
 
- Bilirdik ki, bu gün xal qazanmaq bizim üçün çox önəmlidir. Mübarizəli oyuna hazır idik. Vacib 3 xal qazandıq. Bu komandaya bir az vaxt lazımdır, gec qoşulanlar, zədədən yenicə qayıdanlar var. Bu gün futbolçularım əzmkarlıq göstərdilər. Həqiqətən, rəqibimiz daha iddialıdır. Hər tur çətin keçir, zəif rəqib yoxdur. "Qarabağ" və "Neftçi" bir az üstündür, qalanları eyni səviyyəli komandalardır. Getdikcə, daha yaxşı olacağıq, heyətin güclənməyə ehtiyacı var. Yaxşı oyun alındı. 4 turdur ki, meydanda sürətli oyun göstəririk. Rəqibi də təbrik edir, onlara uğurlar arzu edirəm.
 
- Hendrik Ekşteynin bu gün start heyətdə meydana çıxması gözlənilməz oldu...
- Ekşteynin getməsi peşəkarlıq baxımından düzgün deyil. Sadəcə, geri qayıdanda psixoloji problemləri olduğunu dedi. Futbolçu da insandır və Ekşteyni başa düşməyə çalışdım. Onu komandaya geri qaytarsaq da, cəzasız qalmayacaq. Çempionatımızın səviyyəsinin aşağı olduğunu deməzdim. Ekşteynin təcrübəsi var və ona güvənərək bu gün start heyətdə meydana buraxdıq. Bahadır Həziyev üçün əsas heyətdə başlamaq bir az çətin olardı. Çalışırıq ki, həm təcrübəli, həm də gənclərlə bir komanda yaradıb, mübarizə aparaq.
 
- Rəqib "Sabah" olmasaydı da, Ekşteyn əsas heyətdə olacaqdı?
- Hər zaman öz keçmiş komandana qarşı oynayanda daha istəkli olursan. Amma bunu düşünüb Ekşteyni meydana buraxmamışıq. O, yaxşı futbolçudur və bu gün çalışdı tapşırıqları yerinə yetirsin.
 
- Əfran İsmayılovun oyunundan razı qaldınız?
- Əfran bizə gec qoşuldu. Artıq çəkisi var idi, onu da atmağı bacarıb. Təcrübəsinə görə meydanda 90 dəqiqə yaxşı vəziyyətdə qalır. Onun daha da yaxşı olacağına inanıram. Məqsədimiz yerli futbolçuları Azərbaycan futboluna bəxş etməkdir. Buna görə də təcrübəli futbolçuların üzərinə böyük yük düşür.
 
- Oyunun sonunda futbolçular arasında qarışıqlığa səbəb nə idi?
- Emosiyalar yüksək idi, istənilən söz hər iki tərəfə təsir edə bilərdi. Çoşqunla Elçinin arasında qısa mübahisə yarandı, ciddi bir şey baş vermədi. Mən də topun mən tərəfə atılmasını xoş qarşılamadım, amma sonra bilərəkdən etmədiyini bildirdi.
 
- Bahadır əvvəl dayaq yarımmüdafiəçisi idi, indi də sola çəkmisiniz...
- Bahadırı sol cinahda sınamışdıq. Fikrimiz, bu mövqeyi limit kimi istifadə etmək idi. Bahadır həm solda, həm də ortada oynamağı bacarır. Onun hansı mövqedə daha effektli olacağını hələ bilmirik. Perspektivli futbolçudur. Gənc oyunçular üzərlərində çox çalışmalıdırlar. (Qol.az)
 
Fanat.Az
Oxşar xəbərlər

Xəbər lenti

28 Oktyabr 2020
14:48

Bərdəyə raket atılması nəticəsində 14 nəfər ölüb, 40-dan çox şəxs yaralanıb

14:12

Müdafiə Nazirliyi: Bərdə şəhəri "Smerç”lə vurulub

13:58

Bərdə yenidən raket atəşinə tutulub, azı 5 mülki şəxs ölüb

13:45

Türkiyə klubu Ginnesin Rekordlar Kitabına düşdü

13:32

Yaşar Vahabzadə: “Cəbhədə əsgərlərimiz var, onları düşünməliyik”

13:27

"Liverpul" 10 000-ci qolunu vurdu

13:18

"Sabah"ın oyununun yeri dəyişdirildi

13:07

Premyer Liqanın VIII turu rəqəmlərin gözü ilə

12:59

Van Deyki zədələyən qapıçı qorxusundan cangüdən tutdu

12:45

"Bellator" 34 döyüşçü ilə vidalaşdı - ADLAR

12:28

Ramos Kasilyasın uğurunu təkrarladı

12:03

Ordumuz Bərdənin qisasını belə aldı - VİDEO

11:56

Benzema Messi və Ronalduya çatdı

11:41

Bərdədə həlak olan 7 yaşlı Aysu dəfn olunur - FOTOLAR

11:29

Düşmən Tərtəri “Smerç”dən atəşə tutdu

11:18

İşğalçıları Qarabağdan qovan tanklarımız

11:07

Alabanın bir ayağı "Yuventus"da

10:58

Azərbaycan boksçuları: "Rinqdəki qələbələr əsgərlərimizə həsr olunacaq"

10:43

Çempionlar Liqası: II turun oyunları davam edir

10:21

Ermənistan ərazisindən dörd rayonumuz atəşə tutuldu - RƏSMİ

10:02

"Türkiyədə oynayacağımız üçün sevincliyik" - Qurban Qurbanov

09:50

Bu gün "Dünya Cüdo Günü" kimi qeyd edilir

09:39

Düşmənin məhv edilən və sıradan çıxarılan texnikasının sayı açıqlandı

09:24

Ermənilər döyüşlərə 2 000 nəfər əvəzinə cəmi 300 nəfəri toplaya biliblər

09:11

"Neftçi"nin legioneri ilk dəfə milliyə çağırıldı

09:00

Tərtər rayonu artilleriya atəşinə tutulub

27 Oktyabr 2020
17:56

"Vilyarreal"ın kapitanı "Qarabağ"la oyundan danışdı

17:50

"Qarabağ"la matçda ilk görüşdəki qələbənin davamını gətirmək istəyirik"

17:42

Ermənistan Bərdəyə raket atdı: 3 nəfər öldü, 10 nəfər yaralandı - YENİLƏNİB

17:26

Qurban Qurbanov: "Ümid edirəm ki, tezliklə Bakıda yox, Qarabağda oynayarıq"

17:23

"Qarabağ"da zədəli futbolçuların son durumu

16:55

Çempionlar Liqası: Azərbaycan təmsilçisi Yunanıstan klubu ilə qarşılaşacaq

16:38

Separatçıların "müdafiə naziri" belə məhv edildi - VİDEO

16:37

"Lion" Depayın əvəzinə "Barsa"nın forvardını istəyir

16:20

Ordumuz Xankəndidə erməni ordusunun 3 əsas nöqtəsini məhv edib - RƏSMİ

15:58

AFFA klubları niyə cərimələdi? - RƏSMİ

15:55

İsmayılov Moskvada skinxedləri necə əzişdirdiyindən danışdı

15:28

Son sutkada koronavirusa yoluxanların sayı artdı, 9 nəfər öldü

15:21

Pikenin yeni müqaviləsinə elə bəndlər salındı ki...

15:18

Zidan PSJ-yə gedir? - SON DURUM

13:50

"Salahın statistikasına baxanda adamın ağzı ayrıq qalır"

13:39

Ermənilər “snayper” Mehman Əhmədlini “öldürdü”

13:30

Azərbaycan millisinin oyununun tarixi dəyişdirildi

13:20

Qrinn açıqladı: "Lebron Ceymsi mövsümün ilk ayında meydanda görməyəcəyik"

13:13

"Qarabağ" - "Vilyarreal" oyununun hakimləri açıqlandı

13:06

Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur

12:47

"Milan" 1959-cu ildən bəri bunu bacarmırdı

12:27

Silva "Mançester Siti"də görmək istədiyi hücumçunun adını açıqladı

12:24

Türkiyə Boks Federasiyasının prezidenti: "Həmişə Qardaşlarımızla birgəyik"

12:17

Qubadlıdan olan futbolçu: "Doğma kəndimə getməyi çox istəyirəm"

12:12

Lizarazyu Qrizmanna: "Qolundansa biləyini kəsməyi bacarmalısan"

12:01

İbrahimoviç "Milan" formasıyla belə qol vurmamışdı

11:55

Renat Dadaşov məşqlərə başladı

11:46

Həbib döyüşdən əvvəl aldığı zədəni göstərdi - FOTOLAR

11:34

Son Xın Mindən inanılmaz rekord

11:19

Ermənilər Tərtəri atəşə tutub

11:08

Neymar ən yaxşıları açıqladı - SİYAHIDA HƏMYERLİLƏRİ YOXDUR

11:00

Azərbaycanın qəhrəman əsgəri: Yaralansa da, silahdaşlarını tək buraxmadı - VİDEO

10:52

Ordumuz ermənilərin “milli qəhrəmanı”nı məhv etdi

10:44

"Vilyarreal"ın 2 futbolçusu oynamayacaq, biri isə... - SON DURUM

10:43

Düşmənin atdığı “Smerç” Tərtərdə evi dağıtdı - FOTOLAR

10:38

"Beşiktaş" 10 nəfərlə qələbə qazandı - VİDEO

10:32

"Qarabağ"ın rəqibi uduzdu - VİDEO

10:28

Bakı klubunun futbolçusu Mozambik millisinə çağırıldı

10:23

Prezident hərbi əməliyyatların başlamasının səbəblərini açıqladı

10:19

Qarabağdakı hərbi hissənin komandanlığı qaçdı: Erməni hərbçilər özbaşına qaldı - VİDEO

09:56

"Qarabağ" bu gün İstanbula yollanır

09:40

Separatçıların “müdafiə naziri” yaralanıb

09:00

Ermənilərin xeyli canlı qüvvəsi, diviziyasının qərargah rəisi məhv edilib

26 Oktyabr 2020
23:53

Düşmənin artilleriya qurğularını məhv edən hərbçimiz - VİDEO

Facebookdan bizi izləməyi unutmayın.