14:13 22.01.2021 257

Kamal Umudlu: "Zəfər dəhlizindən keçəndə gözlərim yaşardı"

"Meydana çatanadək bundan xəbərim yox idi. Sadəcə, Elgiz Abbasov demişdi ki, oyundan əvvəl tədbir olacaq. Mənimlə bağlı olduğunu bilmirdim. Artıq tuneldə olanda deyildi ki, hələ gözlə, əvvəl komandalar, sonra sən çıxacaqsan".

Bu fikirləri "Report"a açıqlamasında futbol hakimi Kamal Umudlu Azərbaycan Premyer Liqasının XIV turunun "Səbail" - "Neftçi" matçında onun üçün hazırlanan zəfər dəhlizi barədə təəssüratlarını bölüşərkən deyib.

44 günlük Vətən müharibəsinin iştirakçılarından olmuş referi həmin an möhtəşəm hisslər keçirdiyini bildirib: "117 gündən sonra meydana çıxanda qəribə bir sevinc hissi var idi. Bu, artıq mənim üçün ölümsüzləşdirilmiş an oldu. Həmin vaxt bir anlıq donub qaldım. Dəhlizin içində gedərkən sona yaxın gözlərimin yaşardığını hiss etdim və buna görə başımı aşağı əydim. Möhtəşəm hisslər keçirdim. Müharibədə ən ön sıralarda olmasam da, onu yaxından hiss etdim. Vətən müharibəsindəki zəfərdən sonra bu dəhlizdə addımlamaq, xalqın göstərdiyi o hörməti, ehtiramı görmək tamam fərqli duyğulardır".

117 gündən sonra yaşıl meydana qayıdan Umudlu fiziki baxımdan çətinlik çəkmədiyini vurğulayıb: "Dekabrın 31-də qayıtdıqdan sonra yanvarın 3-də fərdi məşqlərə başladım. Daha sonra isə komanda şəklində hazırlıqlara qoşuldum. İlk həftədə müəyyən çətinliklər olurdu. Növbəti günlərdə isə özümdə müsbət mənada dəyişikliklər olduğunu hiss etdim. Bu matçadək "Qarabağ" və "Zirə" arasındakı yoxlama görüşü idarə etmişdim. Təbii ki, rəsmi görüşlərdə ab-hava başqa cür olur. Amma özümü bu matça tam hazırlamışdım. Bu baxımdan hər hansı problem olmadı".

Döyüş meydanı ilə futbol sahəsini müqayisə edən gənc referi hərəsinin öz çətinliklərinin olduğunu söyləyib: "Amma döyüş meydanında sabahın olub-olmayacağını bilmirik. Orada hər şey 50/50-dir. Daim ölümlə üz-üzə qala bilərsən. Bu mənada, döyüş meydanı daha ağırdır. Həmin vaxt bütün fikrimiz döyüşlərdə olduğu üçün gələcək barədə düşünmürdük. Yalnız müharibə bitdikdən sonra bütün fikrimi öz sahəmə yönəltdim. Oyun qaydaları kitabını əldə etdim və biliklərimi daha da təkmilləşdirməyə başladım. Artıq planlar qurmağa başladım. Çünki hakimliyə qarşı xüsusi sevgim var".

Umudlu müharibədə olduğu vaxt daim AFFA və PFL rəhbərliyinin dəstəyini hiss etdiyini bildirib: "Tez-tez əlaqə saxlayırdılar. Hətta qayıtdığım gün milli assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədov fərdi olaraq mənimlə telefonda danışdı. Maraqlanan hər kəsə təşəkkür edirəm. Hakimlər və Hakim-İnspektorlar Departamentinin mənim üçün ən böyük jesti, hədiyəsi dünənki oyuna təyinat almağım oldu".

Referinin sözlərinə görə, onunla birlikdə daha 4 hakim ön cəbhədə xidmət edib: "Onlardan biri - Taleh Məmmədov Ordu sıralarına səfərbərliklə baş leytenenat kimi yollanmışdı. O, I Divizionda hakimlik edir. Digər hakim yoldaşlarım isə Qalib Əliyev, Əli Əliyev və Tural İbrahimov idi. Sonuncu hələ də qayıtmayıb, Qubadlıda xidmətini davam etdirir. Müharibə dövründə AFFA rəhbərliyi tərəfindən bizə həm maddi, həm də mənəvi yardım edilib".

Oxşar xəbərlər

Xəbər lenti

25 Fevral 2021
22:53

"Qarabağ" Xocalı soyqırımını unutmadı - FOTO

20:57

Avropa Liqası: 1/8 finalçılar müəyyənləşir

20:55

"Medina klub tərəfindən cəzalandırılıb" - Qurban Qurbanov

20:42

"Səbail"in baş məşqçisi: "Məğlub olmağa gəlməmişdik"

20:32

"Qarabağ" uddu, "Neftçi" uduzdu

20:28

"Neftçi" "Zirə"yə məğlub oldu - VİDEO

20:09

Visente Qomez: "Vəziyyətdən çıxmağa çalışırıq"

19:48

"Keşlə"nin baş məşqçisi: "Biz daha istəkli idik"

18:44

Rəşad Sadıqov: "Neftçi" bura iddialı gəlmişdi"

18:23

"Neftçi"nin baş məşqçisi məğlubiyyətə şərh verdi

17:46

"Qəbələ"nin məşqçisi hakimlərdən narazılıq etdi

17:29

Ayxan Abbasov: "Qəbələ"dəki istək bizdəkindən üstün idi"

17:02

“Qarabağ”dan etiraz: AFFA Apellyasiya Arbitraj Tribunalına müraciət etdi

15:49

Millimizin üzvü: "Sevindirici olsa da, ağırlığını da hiss edirdik"

15:37

Paşinyan Aronyanı aldadıb

14:43

"Tokio-2020"nin məşəli estafeti yarımçıq dayandırıla bilər

14:17

"Keşlə" Sənan Qurbanovu göndərir?

13:59

Stadionlar Premyer Liqa oyunlarına hazırdır - FOTO

13:33

Millimizin geyim formasının qiyməti endirildi

13:08

Günün oyunları bu kanallarda - AFİŞA

12:43

Olimpiya çempionumuz yenidən zədələndi

12:29

"Liverpul"un qapıçısının atası göldə boğuldu

12:12

Çimərlik geyimi ərəb ölkəsində qalmaqala səbəb oldu - Boykot nəticə verdi

11:55

Milli futbolçumuz Türkiyədə klubunu dəyişdi

11:37

Güləşçilərimiz Kiyev turnirində iştirak edəcək

11:14

Premyer Liqa klubu milli futbolçu ilə müqaviləni yenilədi

10:51

Messi ilin ən yaxşı bombardiri oldu

10:35

Ronaldunun sevgilisinin bu FOTOLARı Avropada gündəm oldu

10:13

Super Liqa klubunda yeni prezident

09:54

Həftənin ən yaxşısı adına namizədlər

09:41

"Mançester Siti" səfərdə 2 qola sevindi - VİDEO

09:30

"Real"dan tək qolluq qələbə - VİDEO

01:47

ÇL: "Real" da qalib gəldi, "Mançester Siti" də

24 Fevral 2021
22:10

"Neftçi" və "Zirə" oyuna itkilərlə çıxacaq

22:00

Azərbaycan Premyer Liqasının qarşılaşmaları yeni toplarla oynanılacaq

21:50

Azərbaycan Premyer Liqasında XVII turun hakimləri açıqlandı

18:30

Tarixi simulyasiya: Daşı öz başına vurdu, yerdə süründü, hakimi inandıra bilmədi - VİDEO

18:22

Lider Tovuzda xal itirdi

17:07

Mingəçevirdə idman zalının icarədarı həbs edildi - FOTO

16:20

Millimizin yarımmüdafiəçisi Super Liqa klubuyla razılığa gəldi

15:58

"Qarabağ"ın sabiq məşqçisi Superliqa klubunu çalışdıracaq

15:11

De Byazi Rəşad Sadıqovu niyə ziyarət etdi? - FOTO

15:05

"Məktəblərin meydançalarını söküb, yerində bina tikirlər" - Aqil Abbas

14:10

Məşhur futbolçudan qaradərililərlə bağlı ŞOK AÇIQLAMA

13:59

"Çelsi"nin transfer büdcəsi açıqlandı - Fantastik məbləğ

13:19

Ronaldu bu komandaya keçir - "Yuventus"dan ayrılır

12:25

Karyerasını bitirən məşhur xanım idmançı elə işə başladı ki... - FOTOLAR

12:07

Millimizin baş məşqçisi: "Axsadığımız” məqamlar üzərində işləyəcəyik”

11:33

Son 33 ilin ən yaxşı qapıçıları - SİYAHI

10:52

Premyer Liqamızın oyunları təxirə salınacaq?

10:32

Rumın baş məşqçi türk klubundan ayrıldı

10:12

Ronaldudan maraqlı addım: Pişiyini tətilə göndərdi

09:53

PFL Azərbaycan çempionatının 3 oyununu təxirə saldı

09:42

Sumqayıtda onlayn şahmat çempionatı keçirilib

09:15

"Atletiko"nun məğlubiyyəti - VİDEO

09:09

"Bavariya" "Latsio"ya belə qalib gəldi - VİDEO

01:53

ÇL: "Atletiko" uduzdu, "Bavariya" cavab matçını formallığa çevirdi

00:22

"Atalanta"nın yarımmüdafiəçisi dünyasını dəyişdi

23 Fevral 2021
23:03

PSJ buna görə 700 min avro cərimələndi

22:00

Azərbaycan yığması ilk qələbəsini sonda qazandı

19:13

UEFA Avropa çempionatlarını ləğv etdi

18:52

"Qarabağ" Zaqatalada uduzdu

18:05

Klub sahibinin 1 milyard manatlıq yaxtası - FOTOLAR

17:50

Əsrin ən çox çempion olan komandası hansıdır?

17:18

Zubirdən “100” açıqlaması

16:55

PFL rəsmisi Banişevskidən danışdı: “Gözəl yumor hissi var idi”

16:36

Millimizin oyununa hakim təyinatı

16:11

Banişevskinin nəvələrinin köməyə ehtiyacı var

15:44

"Neftçi"nin ağ-qara forması... - Tahir Süleymanov yazır

15:23

Rusiya yığması Avropa və Dünya Kubokuna Bakıda hazırlaşır

Facebookdan bizi izləməyi unutmayın.