Azərbaycan Karate Federasiyası (AKF) rəhbərliyinin müvafiq əmri ilə Tural Ağalarzadə 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclərdən ibarət kumite üzrə millinin köməkçi məşqçisi vəzifəsinə təyin olunub.
Fanat.Az xəbər verir ki, məlumatı AKF-nin mətbuat xidməti yayıb.
Bildirilib ki, təyinat baş məşqçisi Anar Allahverdiyevin rəhbərliyi altında komanda heyətinin daha da gücləndirilməsi və gənc idmançıların peşəkar səviyyədə hazırlanması məqsədi daşıyır.