Azərbaycan karateçiləri Xorvatiyanın Poreç şəhərində keçirilən "Karate1 Youth League" və "Parakarate Cup" turnirlərində uğurla çıxış ediblər.
Fanat.Az xəbər verir ki, Gülay Orucova (59 kq) 16-17 yaş qrupunda olan idmançıların mübarizəsində, parakarate yığma komandasının üzvü Aslan Ərcan isə K21 kateqoriyasında bürünc medal qazanıblar.
Qeyd edək ki, hər iki karateçinin şəxsi məşqçisi Sənan Cəfərovdur.