Azərbaycan parakarateçisi Aslan Ərcan Xorvatiyanın Poreç şəhərində keçirilən Gənclər Kubokunda fəxri kürsüyə qalxıb.
Fanat.Az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin mətbbuat xidməti məlumat yayıb.
20 yaşlı idmançımız yarışda bürünc medala sahib çıxıb. O, K21 kateqoriyasında mübarizə aparıb.
Bu, Aslan Ərcanın beynəlxalq arenada qazandığı ilk medal olub.