Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Mirhəsən Mirheydər oğlu Seyidovun Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.
Fanat.Az xəbər verir ki, Mirhəsən Seyidov idman sahəsində də tanınan simadı. Belə ki, o, 2018-ci ilin 8 yanvarından etibarən Azərbaycan Milli Karate Federasiyasının baş katibi vəzifəsini tutub.
Qeyd edək ki, Mirhəsən Seyidov 2014-cü il 27 iyun tarixindən "İrəli" İctimai Birliyinin sədridi.
Fanat.Az