12:35 25.11.2021 250

Rafael Ağayevdən karyerasıyla bağlı açıqlama

"İtaliya futbolunu çox sevirəm. Onların da xarakterində bizə çox oxşarlıq var: çılğın, qısqanc və istiqanlıdırlar. Amma rəqib olaraq kim olursa-olsun, mənim bir nəfərlə düşmənçiliyim və ya idmanda prinsipim varsa, onun bütün xalqa və ya millətə aidiyyatı yoxdur. Çünki hər ölkədə yaxşı və pis insanlar var".

Fanat.Az xəbər verir ki, bu fikirləri Azərbaycan karateçisi Rafael Ağayev "İdman TV"yə müsahibəsində deyib.

5 qat dünya və 11 qat Avropa çempionu Tokio-2020 Yay Olimpiya Oyunlarının finalında italiyalı Luici Busaya uduzmasından danışıb. 36 yaşlı idmançı şəxsi qarşılaşmalarda rəqibindən üstün olduğunu xatırladıb:

"Çoxları fikirləşir ki, Rafael Tokio-2020 Yay Olimpiya Oyunlarından sonra Busadan revanş almalıdır. Amma mən belə düşünmürəm. Rahatlıqla deyirəm ki, bizdə revanş ola bilməz. Çünki üz-üzə gəldiyimiz görüşlərdə 11 dəfə mən, 5 dəfə o, qalib gəlib. Çalışacağam ki, gələcək yarışlarda onunla düşsəm, gözəl döyüş olsun və qələbə qazanım. Bu, istəklərimdən və qarşıya qoyduğum məqsədlərimdən biridir. Ona görə hər zaman hazır olmaq lazımdır. Düşünürəm ki, bunu həyata keçirəcəyəm".

Ağayev karyerası ilə bağlı məsələyə ilin sonunda aydınlıq gətirəcəyini sözlərinə əlavə edib:

"Karatenin 2024-cü il Paris Yay Olimpiya Oyunlarının proqramında qalıb-qalmayacağı sual altındadır. Bu ilin sonunda fikrimi toplayıb öz karyeramla bağlı qərar verəcəyəm. Ya yarışlarda iştirak edəcək, ya da tatamidən kənarda idmançılarımızı hazırlayacağam. Baş məşqçimiz Qurban Tağıyevdir. Heç vaxt heç kimin yerində gözüm qalmayıb. Karate ailəsi olaraq birlikdə qərar verəcəyik. Uyğun görülərsə, mən də bütün məşqçilərlə birlikdə çalışacağam". (Report.az)

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

30 Noyabr 2021
02:26

Levandovski qazandığı uğurdan danışdı

01:44

La Liqa: Turun son oyunu heç-heçə bitdi

00:50

"Çelsi" ilin klubudur

00:46

"Qızıl top" 7-ci dəfə Messiyə verildi

00:39

Lev Yaşin mükafatına italiyalı sahib çıxdı

00:11

"Yuventus" yenidən B Seriyasına göndərilə bilər 

00:00

İlin ən yaxşı hücumçusu Levandovskidir

29 Noyabr 2021
23:47

Ən yaxşı gənc futbolçu "Barselona"nın yarımmüdafiəçisidir

23:39

"Qızıl top" "Barselona"lı xanımındır

22:52

Super Liqa: "Fənərbağça" 1 xalla kifayətləndi

22:10

FIFA Puşkaş mükafatına namizədlərin siyahısını açıqladı

21:51

Klublararası dünya çempionatının püşkü atıldı

21:16

Daha bir ulduz "Qızıl top"un təqdimat mərasimində olmayacaq

20:34

Ronaldu "Qızıl top"un təqdimat mərasimindən imtina etdi

19:00

"Uçan eşşəklər", "qoyunlar", "xoruz döyüşü" - Ən maraqlı klub ləqəbləri

18:30

"Mançester Siti" kimi pulumuz yoxdur"

18:27

"Hamıya aydın idi, bircə hakim qərar verə bilmədi" - Elmar Baxşıyev

18:17

"Qəbələ" göstərdi ki, buna layiqdir" - Qurban Qurbanov

18:00

UEFA Konfrans Liqası: "Qarabağ" ən yaxşılar arasında

17:52

"Qarabağ" Qəbələdə büdrədi - YENİLƏNİB

17:47

Transfer şayiələri: "İnter" bir klubun üç futbolçusuna "elçi düşüb"

17:23

Nazir müavinləri işdən çıxarıldı, yeniləri təyin edildi

17:03

Millinin baş məşqçisi müəyyənləşir: İcraiyyə Komitəsinin iclası keçiriləcək

16:49

Cüdoçularımız Monqolustana gedə bilər

16:24

Turun hakim təyinatları açıqlandı

16:06

AFFA-dan Mingəçevir stadionuna hədiyyə

15:43

"Mançester Yunayted"in yeni baş məşqçisi açıqlandı - RƏSMİ

15:36

Azərbaycan Cüdo Federasiyasının ünvanı dəyişdi

15:19

Mahir Şükürovun Ronaldu ilə bağlı xatirəsi: İki dəfə formasını alıb

14:59

Naxçıvan idmançısı ölkə çempionu oldu

14:44

Türk futbolçular Super Liqada "sönüb" - STATİSTİKA

14:21

Ulduz futbolçu komanda yoldaşını suladı - VİDEO

14:08

“Xocalı” klubu “Class İnfo Travel” şirkəti ilə əməkdaşlığa start verdi - FOTOLAR

13:58

Yığmalara baş məşqçilər təyin olundu

13:43

Neymar üçün il başa çatdı

13:30

Vinisiusdan baxımlı qol - VİDEO

13:18

Cavid Hüseynovun komandası yenə xal itirdi

13:04

Bir oyunda iki yubiley

12:50

“Sabah”dan üç rekord

12:44

122 yaşlı "Barselona" - Tarixi faktlar 

Facebookdan bizi izləməyi unutmayın.