12:56 16.02.2022 861

Premyer Liqa turnirinə qatılacaq heyət açıqlandı

Azərbaycanın karate üzrə milli komandasının üzvləri mövsümün ilk rəsmi yarışına yola düşüb.

Fanat.Az xəbər verir ki, 18-20 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində keçiriləcək Karate1 Premyer Liqa seriyasından turnirdə ölkəmiz 9 idmançı ilə təmsil olunacaq. Kişilərin baş məşqçisi Qurban Tağıyev yarışda Əminağa Quliyev, Sultan Hüseynov (hər ikisi 60 kq), Tural Ağalarzadə, Rafiz Həsənov (hər ikisi 67 kq), Turqut Həsənov, Pənah Abdullayev (84 kq) və Asiman Qurbanlıya (+84 kq) şans verəcək. 

Qadınların baş məşqçisi Denis Morozov İrina Zaretskanın (68 kq), kata üzrə baş məşqçi Vahid Ayvazov isə Roman Heydərovun liqa turnirinə qatılmasına üstünlük verib.

Federasiyanın vitse-prezidenti Rəhman Hətəmov heyətlə bir yerdə olacaq. Beynəlxalq hakimlər Cahangir Babayev, Vüqar Kərimov, Anar Allahverdiyev və Rənad Əliyev Premyer Liqanı idarə edən hakimlər arasındadır. R.Əliyev həmçinin dərəcəsini yüksəltmək üçün artıq Dünya Karate Federasiyasının (WKF) Hakimlər komitəsinə imtahanlara qatılıb. 

Qeyd edək ki, Karate1 Premyer Liqa turnirləri bu mövsümdən bir sıra dəyişikliklərlə keçirilir. Yarışa əsasən dünya reytinqində ilk 32 yeri tutan idmançılar qatılır. Qeydiyyat sifarişi limitləri dolmazsa, reytinqin növbəti pillələrində olan daha 32 karateçi yarışda iştirak edə bilər. Analoji hal yaranarsa, "Top-100"-ə daxil olan karateçilər iştirakçılar arasına düşə bilər.

 Yarış formatında da dəyişikliklər edilib. Kumite yarışlarında hər çəki dərəcəsində 8 qrupa bölünən 4 idmançı dairəvi sitemlə yarışacaq. Qruplardan iki nəfər növbəti mərhələyə çıxacaq. Sonra isə fərqlənən idmançılar mübarizəni medallaradək davam etdirəcək. Yarımfinalda məğlub olanlar bürünc medal qazanmış olacaq. Komanda kata yarışları Premyer Liqa turnirlərinin proqramından çıxarılıb.

Kata yarışlarında 8 qrupa bölünən 4 idmançı da əvvəlcə 3 dəfə tatamiyə çıxacaq. Qruplardan 2 ən yüksək nəticə göstərənlər növbəti mərhələyə adlayıb, 4 nəfərlik qrup görüşlərində bir daha yarışacaq. Sağ və sol qrupların hər birindən seçilən üç idmançıdan liderlər finalda, 2-ci və 3-cü yerləri tutan kataçılar isə çarpaz şəkildə bürünc medallar uğrunda mübarizə aparacaq. Hər idmançı ilk mərhələdən başqa, ardıcıllıq olmamaq şərti ilə yarışboyu bir dəfə katanı təkrarlaya biləcək. 

Fujeira Karate1 Premyer Liqa turnirində 55 ölkədən 342 idmançı iştirak edəcək.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 İyul 2025
23:50

PSJ-nin ulduzu Türkiyə yolunda - Danışıqlar başladı

23:09

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:06

"Sabah"da yeni legioner - RƏSMİ

22:44

"Bu mənim başıma daha gənc olanda gəlsəydi..." - Daniel Karvaxal

22:16

U-20 AÇ-yə 3 "gümüş"lə start verdi

21:53

"Braziliyanı dünyanın ən uca zirvəsinə qaldırdıq" - Kano "İnter" üzərində qələbəni dəyərləndirdi

21:15

"Zirə"nin "Hayduk"la mübarizədən qalib ayrılacağına inanıram" - 2007/2008 mövsümünün bombardiri

20:48

Yaxşıbəyov "Sumqayıt"a "pul oxudu"

20:15

"Kəpəz" 2 legionerlə anlaşdı - Biri gəlib, o biri yoldadır

19:50

Premyer Liqa klubu müdafiəçisi ilə vidalaşdı

19:16

"Atletiko Madrid"də növbəti ayrılıq - RƏSMİ

18:47

"O, superulduzdur" - Kovaç 1/8 final ərəfəsində Ramosdan danışdı

18:20

"Şamaxı" daha iki azərbaycanlını göndərmək istəsə də...

17:56

Fitboks nədir və onunla kimlər məşğul olmalıdır? - VİDEO

17:38

"Qəbələ" baxışa bir neçə legioner dəvət edəcək

17:20

"O, futbol tarixinin ən böyük məşqçisidir" - Yürgen Klopp

17:02

"Şamaxı" istəyir, "Turan Tovuz" Türkiyəyə aparır

16:44

"Bayern Münhen"in ulduzu bu tarixdən yeni nömrə ilə çıxış edəcək

16:26

Ansu Fati Fransa klubuna keçdi - RƏSMİ

15:57

Sloveniya təmsilçisi "Sabah"la oyuna yeni oyunçu ilə çıxacaq

15:38

"Qarabağ" sabah Avstriyaya yollanacaq - Yalnız bir futbolçu toplanışdan kənarda qalacaq

15:22

"Zirə"nin rəqibi 4 futbolçusunu yola saldı

15:04

"Zirə" "Sumqayıt"dan ayrılan futbolçunu heyətinə qatdı

14:46

Azər Məmmədov "Karvan"dan niyə ayrılıb? - Özü açıqladı

14:28

Madrid nəhəngi "Barselona"nın ulduzunu hədəf aldı

14:10

Ramiz Məmmədovun "Mingəçevir"in baş məşqçi postuna təyinatı niyə rəsmiləşmir? - SON DURUM

13:52

"Araz-Naxçıvan" "Qarabağ"ın sabiq vingerini gətirdi

13:44

"Beşiktaş" ingilis forvardla anlaşdı

13:25

“Araz-Naxçıvan” 5-ci səbətdə

13:06

"İmişli"yə keçmək variantı var idi, lakin..." - 2-ci Liqanın bombardiri

12:47

"Mingəçevir"də yeni yarımmüdafiəçi

12:29

Gürcüstan millisinin üzvü İngiltərə Premyer Liqasında oynamağa yaxındır

12:10

“İmişli”nin ilk “peşəkar" addımı

11:51

"Zirə"nin rəqibi Bolqarıstan təmsilçisini məğlub etdi

11:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:15

"Qarabağ"ın daha bir rəqibi bilindi

10:57

"İnter Mayami"dən Messi ilə bağlı vacib açıqlama - SON DURUM

10:38

Azərbaycan millisi Belarusla qarşılaşır

10:20

Klublararası dünya çempionatında son 1/4 finalçılar müəyyənləşir

10:01

"Beş-altı qol vura bilərdik" - Bernardu Silva "Əl-Hilal"a məğlubiyyətin səbəblərini dedi

Facebookdan bizi izləməyi unutmayın.
X