00:19 17.02.2023 424

“Qarabağ” artıq Avropa klubudur” – Tahir Gözəl

“Qarabağ"ın prezidenti Tahir Gözəl Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Belçikanın "Gent" komandasına qarşı keçirdikləri ilk oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, o, Bakıda baş tutan və 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:

“Əvvəlcə Türkiyə xalqına başsağlığı verirəm. "Qarabağ"ın qələbəsi bu kədərli günlərdə bizə təsəlli oldu. Allah ölənlərə rəhmət eləsin, sağ qalanlara şəfa versin. Bu da bizim Türkiyəyə mənəvi hədiyyəmiz olsun.

Komandamız Azərbaycan futbolunun tarixində yeni ilkə imza atdı. Pley-off mərhələsində ilk qələbəmizdir. Çox uğurlu addımdır. Amma oyun hələ bitməyib. Bu qələbə heç nə demək deyil. Fevralın 23-dəki cavab oyununda mən də Belçikada olacağam. Həmin qarşılaşma bizim üçün çox önəmlidir. Tarixi görüşə çıxacağıq".

O, oyundan razı qaldığını söyləyib: "Bilirsiniz ki, komandada çox dəyişikliklər baş verdi. Gedən, zədə səbəbindən oynaya bilməyən futbolçularımız oldu. Amma sevinirəm ki, "Qarabağ" bu gün heç bir oyunçudan asılı olmadığını sübut etdi. Biz artıq Avropa klubuyuq. Komandanın artıq ənənəsinin olduğunu, Avropa futbolu sərgilədiyini, həmçinin Qurban Qurbanovun məharətini bir daha gördük. Fəxr edirəm. Qoy, bu qələbə xalqımıza təsəlli olsun".

Tahir Gözəl "Qarabağ"ın 1/8 finala yüksəlmək şanslarını da dəyərləndirib: "Bu oyuna baxanda insan ümidlənir. Rəqibin çox sürətli əks hücumları var. Dinamik komandadır. Səfər matçında diqqətli olmalıyıq. Yeni transferlərimiz komandaya yanvarda qoşulublar. Hesab edirəm ki, cavab oyunu öncəsi bir addım öndəyik. Oradan yaxşı nəticə ilə qayıdacağımıza inanıram".

O, Kadi Borgeslə Kvabena Ovusunun qış fasiləsində "Qarabağ"ı tərk etməsinə də toxunub: "Burada əsas məsələ futbolçuların özü ilə bağlıdır. Kimsə qalmaq istəmirsə, onu saxlamaq mümkün deyil. Bunun qarşısını almaq üçün oyunçulara çətinliklər yaradırıq. Məsələn, Kadiyə deyirik ki, hansısa klub səni istəsə, minimum 5 milyon avro təzminat ödəməlidir. Müqavilələrə bizə üstünlük yaradan bəndlər salırıq ki, futbolçular komandanı tərk etməsinlər. Amma bir klub çıxıb deyir ki, mən 5 milyonu da verərəm, Kadinin "Qarabağ"da qazandığı maaşın 4 mislini də. Bakıdan Dubaya uçanda təsadüfən təyyarədə Kadi ilə rastlaşdım. "Qarabağ"ın necə klub olduğunu soruşdum. Cavab verdi ki, ora mənim heç vaxt unutmayacağım doğma evimdir. Qurban Qurbanovun insanlığından, bacarığından, liderliyindən danışdı. Dedi ki, sizi heç vaxt unutmayacağam. "Qarabağ"ı əsl komanda edən məhz budur. Bu ruh, bu mənəviyyat bizdə olduğu müddətdə komandamıza gələn yeni futbolçular burada inkişaf edəcəklər. "Qarabağ"ın artıq Avropanın ən böyük 50 klubundan biridir. Bu şəkildə davam edəcəyik".

Redon Cica, Adama Diakabi və Yassin Benzyanın çıxışından da söz açan klub prezidenti yeni transferlərə qısa zamanda qiymət verməyin asan olmadığını bildirib: "Düzdür, razı qaldım. Amma 100 faiz deyil. Onlara vaxt lazımdır. Oyuna böyük həyəcanla baxdım. Çünki bir tərəfdə yenilənmiş "Qarabağ", digər tərəfdə isə yaxşı əks hücumlara çıxan "Gent" var idi. Sevinirəm ki, hər şey bizim üçün yaxşı qurtardı".

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
09:00

"Əl-Şabab" Fatih Terimi ispaniyalı məşqçi ilə əvəzlədi

00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:56

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

14:57

Ronaldu Jotanın ölümü ilə bağlı paylaşım etdi

14:39

Kamal Quliyevin köməkçiləri bilindi

14:21

"Kəpəz" rəqiblərindən ikisini açıqladı

14:04

"Sumqayıt" qalanları saxlayacaq

13:46

"Mançester Siti" yeni qapıçı transfer etməyə yaxındır - MƏBLƏĞ

13:28

Klublarımızın avrokubok oyunlarını hansı kanallar yayımlayacaq? - AÇIQLAMA

13:05

"Liverpul"un vingeri bədbəxt hadisə nəticəsində həyatını itirdi

12:44

"Mingəçevir"in yarımmüdafiəçisi bu kluba keçdi

12:26

"Rəqib nə qədər güclü olsa da..." - "Zirə"nin kapitanı "Hayduk"la oyundan nə gözləyir?

12:08

AFFA rəsmisi ÇL-ə təyinat aldı

11:50

KONKAKAF: Finalçılar bəlli oldu

11:32

Azərbaycan millisi EEVZA-da 5-ci oldu

11:15

Azərbaycan ilə Özbəkistan DÇ-yə birgə ev sahibliyi üçün FIFA-ya müraciət edəcək

10:57

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:39

Flik 2 futbolçunun "Barselona"dan göndərilməsinə qadağa qoydu - ADLAR

Facebookdan bizi izləməyi unutmayın.
X