Bu gün UEFA Konfrans Liqasının qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, final görüşündə Yunanıstan “Olimpiakos”u ilə İtaliyanın “Fiorentina” komandas üz-üzə gəlib.
Həlledici oyun Afinada “OPAP Arena”da baş tutub. Görüşün start fiti saat 23:00-da səsləndirilib. Oyunu portuqaliyalı hakim Artur Soareş Dias idarə edib.
Əsas vaxtda hesab açılmadığı üçün əlavə vaxta ehtiyac duyulub. 116-cı dəqiqədə "bənövșəyilər"in qapısına yol tapan Pirey təmsilçisi kubokun Yunanıstandan getməsinə izn verməyib.
UEFA Konfrans Liqası
Final
29 may
Olimpiakos (Yunanıstan) – Fiorentina (İtaliya) 1:0
Qol: Əl-Kaabi, 116.
Baş hakim: Artur Soareş Diaş (Portuqaliya)
“OPAP Arena”