18:14 27.07.2024 2793

"Belə qələbələr təsadüfi olmur" - Tahir Süleymanov

Beynəlxalq dərəcəli hakim Tahir Süleymanov "Sabah"ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda "Makkabi" (Hayfa, İsrail) üzərində qazandığı qələbəyə münasibət bildirib.

​​Fanat.Az tanınmış futbol funksionerinin sosial şəbəkə hesabında bölüşdüyü düşüncələri təqdim edir:

"Klublarımız avrokubok mövsümünə 4 qələbə, 2 məğlubiyyətlə başlayıb. "Qarabağ" startda  ənənəvi olaraq "razminka" tipli oyunlar keçirərək növbəti mərhələlər üçün optimal formasını yığmağa çalışırsa, digər klublarımızın durumu fərqlidir. Reytinqsizlik ilk oyunlara daha hazırlıqlı olmağı şərtləndirir. 

Təmsilçilərimizin rəqibləri arasında ən güclüsü Hayfa "Makkabi"sidir. "Sabah"ın titullu israillilər üzərində fantastik səfər qələbəsi barədə çox yazılıb, oyuna yenidən qayıtmağa ehtiyac yoxdur. Komandamız güclü rəqib qarşısında bütün komponentlərdə üstün görünürdü. Belə qələbələr təsadüfi olmur!

Oyunun təhlili yox, kənardan görünməyən detallar,  atılan addımlar üzərində dayanaq. Hər bir önəmli, gözlənilən/gözlənilməz tarixi qələbələrin arxasında böyük əmək, güc, məsuliyyət, peşəkarlıq durur...

"Sabah" yeni klubdur, 2018/19 mövsümündən elitada çıxış edir. İlk addımlarını atan klublara xas olan yanlışlıqlar qaçılmazdır. Təcrübəsizlikdən irəli gələn səhvlər çox olub. Önəmli olan səhvlərin edilməsi deyil, səhvlərdən dərhal düzgün nəticələrin çıxarılması, tədricən püxtələşmə, hədəflərə doğru irəliləməkdir...

Klub və komanda anlayışları tam fərqlidir. Komanda çərçivəsindən çıxa bilməyənlər klub ola bilmirlər. "Sabah" FK-nın strateji olaraq ən doğru qərarlarından biri zamanında Bakının mərkəzini yox, Masazırı seçməsi, Abşeronda "bölgə klubu" statusundan çəkinməməsi oldu. Klubu himayə edənlərin BOS-u icarəyə götürməyə belə gücləri yetərdi. 

Son 2-3 ilə kimi ardıcıl məşqçi dəyişikləri, düzgün seçimlərin edilməməsi, yanlış transferlər komandanın iddialarına uyğun gəlmirdi.Tələskənlik, yanlış addımlar özünü göstərir, komandanın sabit çıxışına mane olurdu. Murad Musayev seçimindən sonra "Sabah" dirçəlməyə başladı, qısa tarixində ilk dəfə avrokuboklara vəsiqə qazandı...

Belqrad penaltilərindən sonra komanda şokdan ayrıla bilmir, bu amil çempionatda özünü açıq-aşkar göstərirdi. Azərbaycan futbolunda nəhayət ki, baş verəcək dəyişiklər astanasında, seçki konfransı yaxınlaşdıqca, görünən/görünməyən qüvvələrin "Sabah"a yönələn təzyiqləri də pik həddə çatmış, ilk dövrələrdə komandanın çıxışına təsirsiz ötüşmürdü...

Gənc baş məşqçinin təcrübəsizliyi, emosional çılğınlığı, "Sabah"ı çökdürmək istəyənlər üçün göydəndüşmə hədiyyə idi, Murad Musayev "zəif bəndə" çevrilmişdi. "Sabah"ın klub olaraq ən ağır dönəmləri yaxınlaşmışdı. Vaxt keçməsinə baxmayaraq, baş məşqçi hələ də "Partizan" məğlubiyyəti təsiri altından çıxa bilmir, futbolçular turdan-tura özlərinə olan inamı, intizamı itirirdilər. Belə durumda radikal qərar qaçılmaz görünürdü...

Klub/komandaya sabitlik gətirmiş iddialı baş məşqçi ilə yolların ayrılması "Sabah" rəhbərliyi üçün imtahan idi. "İ.O" Ponomaryovla nisbətən özünə gələn komanda mövsümün sonuna kimi davam edə bilərdi. Rəhbərlik daha bir riskli addım atdı, xorvat Krunoslav Randuliç komandanın sükanı arxasına gətirildi. Konfrans da artıq geridə qalmışdı, "Sabah"a labirint təzyiqləri səngimiş, qarşısı nisbətən alınmışdı...

"Sabah"ın Hayfa "Makkabi"si üzərində qələbəsinin təməli Premyer Liqanın son turunda qoyuldu. "Sabah" klub olaraq doğru yolda olduğunu, geridönüş etdiyini, yenidən özünəinamını qaytarmış olduğunu isbatladı. Ötən mövsümün finişində, "Sabah" ağrılı, enişli-yoxuşlu mövsüm keçirən, məcburiyyət qarşısında məşqçilər dəyişən, sona kimi mübarizə aparan klub olaraq böyüdü!

"Makkabi" üzərində qazanılan qələbə sıradan bir zəfər deyil, daha böyük, daha dərin anlam daşıyır. Bu qələbə "Sabah"ın klub olaraq özünütəsdiqi, bir məqçidən asılı olmadığnın sübutu, isbat günü idi! Böyük klublara xas olan keyfiyyətlərdir! Bu qələbə bir oyunluq deyil, daha geniş anlam daşıyır və 7 yaşlı "Sabah"ın klub olaraq addım-addım böyüdüyünü, iddialı olduğunu göstərir.

"Uşaq yaşında" "Sabah"ın avrokuboklarda cəmi 5-ci (!) rəsmi oyununa çıxaraq ikinci əsrini yaşayan nüfuzlu "Makkabi" qarşısına bu şəkildə əlcək atması Azərbaycan futbolu adına sıradan hadisə deyil. Yaxın keçmişdə iddialı klubların dağılmaları/dağıdılmaları yaddan çıxmamalıdır. "Sabah" gələcəkdə tarixə qovuşmamalı, tarix yazmaqda davam etməli, daha da böyüməlidir!

"Bakı" klubu istisna, paytaxtda yeni yaradılmış komandlardan heç biri "Sabah" qədər iddialı olmayıb. Klubun daha bir üstünlüyü, ümumiyyətlə, sıfırdan yaradılmasıdır.
Qısa vaxt kəsiyində "Sabah" tək yaşıl meydanda yox, klub olaraq gördüyü işlərlə özünə rəğbət qazanır, klub strukturu sahələri üzrə yeniliklər edilir, komandanın azarkeşləri formalaşır, ev oyunlarında tribunalar dolur...

"Sabah" Macarıstan səfərində tək möhtəşəm qələbə qazanmadı, bir baş məşqçidən asılı olan komanda təfəkküründən çıxaraq klub anlayışı möhürünü vurdu. Köklü klublardan fərqli, yeni yaradılmış komandalara təzyiqlər çox olmur. "Sabah" böyük klub düşüncəsi ilə, nəticələri yüksəldə-yüksəldə özünü yaxşı mənada təzyiq altına salır, böyüyə-böyüyə minimum hədəfləri müəyyən edir, yüksəldir. Bu yolda -  klub böyüklüyü, böyüklərə qoşulma, Azərbaycan futbolu adına yolun açıq olsun! Səhərlərin günəşlə açılsın, heç zaman sönməsin, "Sabah"!"

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

09:48

"Ciddi niyyətlərimiz və planlarımız var" - "Araz-Naxçıvan"ın baş məşqçisi ÇL-in püşkünü dəyərləndirdi

09:25

Klublararası dünya çempionatı: 1/4 final mərhələsi başlayır

09:00

"Əl-Şabab" Fatih Terimi ispaniyalı məşqçi ilə əvəzlədi

00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

14:57

Ronaldu Jotanın ölümü ilə bağlı paylaşım etdi

14:39

Kamal Quliyevin köməkçiləri bilindi

14:21

"Kəpəz" rəqiblərindən ikisini açıqladı

14:04

"Sumqayıt" qalanları saxlayacaq

13:46

"Mançester Siti" yeni qapıçı transfer etməyə yaxındır - MƏBLƏĞ

13:28

Klublarımızın avrokubok oyunlarını hansı kanallar yayımlayacaq? - AÇIQLAMA

13:05

"Liverpul"un vingeri bədbəxt hadisə nəticəsində həyatını itirdi

12:44

"Mingəçevir"in yarımmüdafiəçisi bu kluba keçdi

12:26

"Rəqib nə qədər güclü olsa da..." - "Zirə"nin kapitanı "Hayduk"la oyundan nə gözləyir?

Facebookdan bizi izləməyi unutmayın.
X