UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında İsrailin “Makkabi” (Hayfa) klubu ilə qarşılaşacaq “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç mətbuat konfransı keçirib.
Fanat.Az xəbər verir ki, xorvatiyalı çalışdırıcı sabahkı matçıa bağlı bunları deyib:
“Sabah yeni mövsümdə ilk ev oyunumuzu keçirəcəyik. “Makkabi” çox yaxşı komandadır. Səfərdə qazandığımız qələbəyə baxmayaraq, mən hələ də onları favorit hesab edirəm. Əlbəttə, mərhələni keçmək istəyiriksə, səfərdəki kimi oynamalıyıq.
Həftəboyu oyunçularıma tapşırmışam ki, eyforiyaya qapılmaq olmaz. Sabah bizim üçün çox çətin olacaq. Çox güclü rəqibə qarşı oynayacağıq. Biz də hazırıq. İlk dəqiqələrdən müdafidə oturmaq fikrində deyilik.
Sizə sadəcə bir şeyi deyə bilərəm ki, çox da yüksəklərdə uçmamalıyıq. İndi ancaq sabahkı oyunu fikirləşirik. Qrup mərhələsinə gəlincə, hər şeyi addım-addım etməliyik”.
“Makkabi” – “Sabah” cütünün ilk qarşılaşması Macarıstanda keçirilib. Masazır təmsilçisi 3:0 hesabı ilə qalib gəlib. Cavab görüşü avqustun 1-də Masazırda baş tutacaq.