00:13 02.08.2024 631

“Müdafiədə bərbad çıxış etdik” – “Sabah”ın baş məşqçisi

“Sabah” bu gün UEFA Konfrans Liqasının cavab matçında İsrailin “Makkabi” (Hayfa) klubu ilə qarşılaşıb.

Fanat.Az xəbər verir ki, Masazır təmilçisinin baş məşqçisi Krunoslav Renduliçin oyundan sonra mətbuat konfransı keçirilib. 

Xorvatiyalı çalışdırıcı “Makkabi”nin çox yaxşı komanda olduğunu bildirib:

“İlk olaraq onu demək istəyirəm ki, heç kəs bizə bir faiz də şans vermirdi. Səmimi şəkildə deməliyəm ki, “Makkabi” bu gün bizdən çox yaxşı idi. Əlbəttə, fovarit sayılan komandaya bir oyunda qalib gələ bilərsən, amma hər iki matçda qalib gəlmək, bu, çətin məsələdir. Biz bunu bacardıq, oyunçularıma təşəkkür edirəm. Aslanlar kimi vuruşdular. 

İlk öncə biz mərhələni keçəcəyimizə inanırdıq. Ümumiyyətlə, keçilməyən rəqib yoxdur, hətta “Real” belə olsa… Biz mübarizə apardıq, döyüşdük. Onlar bura gəlmişdilər ki, ilk dəqiqələrdə qol vursunlar. İlk 15 dəqiqədə biz aktiv deyildik.

Hədəfimiz avrokuboklarda irəli getməkdir. Əlbəttə, bu mübarizədə “Qarabağ” favoritdir. Amma biz əlimizdən nə gəlirsə, etməyə çalışacağıq. Çempionatın ilk matçında “Şamaxı” klubu ilə qarşılaşacağıq. Oyunçularım çox yorğun olacaqlar. 120 dəqiqə dayanmadan döyüşdülər. Məndən soruşmayın ki, “Şamaxı” ilə oyunda heyətə kimləri daxil edəcəm. Çünkü mən özüm də bilmirəm. Baxacağıq, kim yaşayır, kim sağdır (gülür).

Müdafiədə olduqca bərbad çıxış etdik. Amma mən bunu arxada oynayan dörd oyunçuyla bağlamaq istəmirəm. Bütün komanda olaraq çalışıb müdafiə olunmalıyıq. Bu mövqeyə bir oyunçu transfer etməyi düşünürük. Baxarıq”.

Penaltilər seriyasında “Makkabi”yə 3:2 hesabı ilə qalib gələn (ümumi hesab – 6:6) “Sabah” Konfrans Liqasının 3-cü təsnifat mərhələsində mübarizə aparacaq.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2025
01:16

İtaliya A Seriyası: "Napoli" də büdrədi, "İnter" də

00:40

İPL: "Arsenal" tək qolla qazandı

00:18

İspaniya La Liqası: "Barselona" öz meydanında uduzdu, "Real" səfərdə qalib gəldi

18 May 2025
23:57

Türkiyə Super Liqası: "Qalatasaray" 25-ci çempionluğunu darmadağınla qazandı

23:19

"Turan Tovuz"un əvəzedicilərindən inamlı qələbə

22:40

"Qarabağ" mükafatlandırıldı - VİDEO

22:13

"Lazım olduqca sponsorlarla dil tapacağıq" - Qurban Qurbanov

21:50

"Bizdə nədənsə zəiflərə qarşı antipatiya var" - Azər Bağırov

21:09

Mahir Emrelidən son oyunda het-trik - VİDEO

20:53

MPL: "Neftçi" də böyük hesabla qazandı, "Qarabağ" da

20:25

"Bu barədə hələ rəhbərliklə dəqiq söhbət etməmişik" -Elvin Məmmədov

19:54

Samir Abasov qələbədən sonra belə danışdı

19:15

Mahir Emreli "Nürnberq"lə qol şousu göstərərək vidalaşdı

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

17 May 2025
23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

Facebookdan bizi izləməyi unutmayın.
X