Bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, son oyun günündə 26 matç baş tutub.
Azərbaycanı bu yarışda təmsil edən “Sabah” və “Zirə” də növbəti sınaqlarına çıxıblar. Klublarımız müvafiq olaraq “Sent-Patriks” və “Osiyek”i qəbul ediblər.
Xorvatiayda bu rəqibi ilə 1:1 hesablı heç-heçə edən "Zirə"nin Mərdəkandakı duelinin əsas və əlavə vaxtı bərabərliklə bitib - 2:2. Oyunsonrası penaltiləri daha dəqiq yerinə yetirən (2:1) Azərbaycan təmsilçisi tarixində ilk dəfə avrokubokda pley-offa yüksəlib.
"Sabah" isə "Sent Patriks"ə səfərdə olduğu kimi, Masazırda da 0:1 hesabı ilə yenilərək mübarizəni dayandırıb.
Türkiyənin "Başakşəhər" komandası rəqib meydanında 1 cavabsız qolla üstələdiyi "İberiya"nı evdə inamla məğlubiyyətə uğradıb və pley-offda oynamaq hüququ qazanıb.
Qeyd edək ki, Konfrans Liqasının pley-off mərhələsinin matçları avqustun 22-də və 29-da keçiriləcək.
UEFA Konfrans Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunları
15 avqust
“Flora” (Estoniya) – “Vikinqur” (İslandiya) 1:2
(ilk oyun - 1:1)
“Legiya” (Polşa) – “Brondbü” (Danimarka) 1:1
(ilk oyun - 3:2)
“Pünik” (Ermənistan) – “Ordabası” (Qazaxıstan) 1:0
(ilk oyun - 1:0)
“Sabah” (AZƏRBAYCAN) – “Sent Patriks” (İrlandiya) 0:1
(ilk oyun - 0:1)
“Zirə” (AZƏRBAYCAN) – “Osiyek” (Xorvatiya) 2:2 (penaltilərlə - 2:1)
(ilk oyun - 1:1)
“Brann” (Norveç) – “Sent Mirren” (Şotlandiya) 3:1
(ilk oyun - 1:1)
ÇFR (Rumıniya) – “Makkabi” (Petah Tikva, İsrail) 1:0
(ilk oyun - 1:0)
“Yurqorden” (İsveç) – “İlves” (Finlandiya) 3:1
(ilk oyun - 1:1)
“Hapoel” (Beer Şeva, İsrail) – “Mlada Boleslav” (Çexiya) 2:4
(ilk oyun - 1:1)
“Banik” (Çexiya) – “Kopenhagen” (Danimarka) 1:0 (penaltilərlə 1:2)
(ilk oyun - 0:1)
“Pafos” (Kipr) – ÇSKA 1948 (Sofiya, Bolqarıstan) 4:0
(ilk oyun - 1:2)
“Şerif” (Moldoca) – “Olimpiya” (Sloveniya) 0:1
(ilk oyun - 0:3)
“Tromse” (Norveç) – “Kilmarnok” (Şotlandiya) 0:1
(ilk oyun - 2:2)
AEK (Afina, Yunanıstan) – “Noah” (Ermənistan) 1:0
(ilk oyun - 1:3)
“Başakşəhər” (Türkiyə) – “İberiya” (Gürcüstan) 2:0
(ilk oyun - 1:0)
“Drita” (Kosovo) – “Auda” (Latviya) 3:1
(ilk oyun - 0:1)
“Voyvodina” (Serbiya) – “Maribor” (Sloveniya) 1:0 (penaltilərlə - 2:4)
(ilk oyun - 1:2)
“Zrinski” (Bosniya və Herseqovina) – “Botev” 2:0 (Bolqarıstan)
(ilk oyun - 1:2)
“Gent” (Belçika) – “Silkeborq” (Danimarka) 3:2
(ilk oyun - 2:2)
“Slask” (Polşa) – “Sankt Qallen” (İsveçrə) 3:2
(ilk oyun - 0:2)
“Visla” (Polşa) – “Spartak” (Trnava, Slovakiya) 3:1 (penaltilərlə - 12:11)
(ilk oyun - 1:3)
“Deçiç” (Monteneqro) – HJK (Finlandiya) 2:1 (penaltilərlə - 3:4)
(ilk oyun - 0:1)
“Hayduk” (Xorvatiya) – “Rujomberok” (Slovakiya) 0:1
(ilk oyun - 0:0)
“Larne” (Şimali İrlandiya) – “Balkani” (Kosovo) 0:1 (penaltilərlə - 4:1)
(ilk oyun - 1:0)
“Puşkaş Akademiyası” (Macarıstan) – “Ararat” (Ermənistan) 3:3
(ilk oyun - 1:0)
“Vitoriya” (Gimaraynş, Portuqaliya) – “Sürix” (İsveçrə) 2:0
(ilk oyun - 3:0)