“Zirə”nin UEFA Konfrans Liqasının pley-offunda keçirəcəyi ilk oyunun vaxtı açıqlanıb.
Fanat.Az xəbər verir ki, “Omoniya” ilə avqustun 22-də keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Görüş Kiprin Nikosiya şəhərində baş tutacaq. Qarşılaşma GSP stadionunda təşkil olunacaq.
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 29-da keçiriləcək.