UEFA Konfrans Liqasının pley-off mərhələsində Kiprin “Omoniya” komandası ilə qarşılaşacaq “Zirə”nin ilk matçının hakimləri açıqlanıb.
Fanat.Az xəbər verir ki, avqustun 22-də baş tutacaq oyunu Estoniyadan olan hakimlər idarə edəcək.
Nikosiyadakı qarşılaşmanın baş hakimi Yuri Frişer olacaq. Ona Veyko Motsnik və Sander Saqa kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kristo Kulluastinen yerinə yetirəcək. Kristo Tohver VAR, Yoonas Yaanovits isə onun assistenti olacaq.
Qeyd edək ki, GSP stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.