Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.
Türkiyə təmsilçisi “Başakşəhər” doğma meydanda “Sent Patriks Atletik”lə üz-üzə gəlib. Əvvəlki mərhələdə “Sabah”ı mübarizədən kənarlaşdırmış İrlandiya komandası ilə ilk görüşdə qolsuz heç-heçətə razılaşan Super Liqa təmsilçisi cütün taleyini doğma meydandahəll edib.
“Gent” isə Belçikada Serbiya “Partizan”ını sınağa çəkib. İlk oyunda tək qolla üstün olan belçikalılar evdə də minimal hesabla qalib gələrək qrupa vəsiqə qazanıblar.UEFA Konfrans Liqasında pley-off mərhələsinə avqustun 29-da yekun vurulacaq.
UEFA Konfrans Liqası
Pley-off mərhələsi, cavab oyunları
28 avqust
“Başakşəhər” (Türkiyə) – “Sent Patriks” (İrlandiya) 2:0 (ilk oyun 0:0)
Qollar: Şahiner, 64, Kemen, 82.
“Gent” (Belçika) – “Partizan” (Serbiya) 1:0 (ilk oyun - 1:0)
Qol: Delor-Kniper, 88.