KL: "Çelsi" səfərdə, "Fiorentina" evdə sevindi

KL: "Çelsi" səfərdə, "Fiorentina" evdə sevindi
Google-da da Fanat.Az-ı seçin Bizi üstünlük verdiyiniz mənbələrə əlavə edin. Əlavə et →

Bu gün UEFA Konfrans Liqasının Liqa mərhələsində 4-cü tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə 17 matç baş tutub.

“Çelsi” rəqib meydanında “Haydenhaym”ı inamla yenib. “Fiorentina” evdə “Pafos”a çətinliklə qalib gəlib.

"Betis" səfərdə "Mlada Boleslav"a boyun əyibsə, "Kopenhagen" Belarusda Minsk "Dinamo"sunu üstələyib.

Qazaxıstan təmsilçisi "Astana" "doğma divarlar arası"nda Portuqaliya "Vitoriya"sı ilə heç-heçə edib.

Beşinci tura dekabrın 12-də start veriləcək.

UEFA Konfrans Liqası Liqa mərhələsi, 4-cü tur 28 noyabr

“Astana” (Qazaxıstan) – “Vitoriya” (Portuqaliya) 1:1 Qollar: Kalayça, 40 – Ramires, 89.

“Molde” (Norveç) – APOEL (Kipr) 0:1 Qol: Laifis, 41.

“Haydenhaym” (Almaniya) – “Çelsi” (İngiltərə) 0:2 Qollar: Nkunku, 51. Mudrik, 86.

“Serkl Brügge” (Belçika) – “Harts” (Şotlandiya) 2:0 Qollar: Efekele, 40. Maqne, 90.

TNS (Uels) – “Yurqorden” (İsveç) 0:1 Qol: Gulliksen, 41.

“Sankt Qallen” (İsveçrə) – TSK (Serbiya) 2:2 Qollar: Sisse, 31. Konietske, 65 – Pantoviç, 40; 53.

“Panatinaikos” (Yunanıstan) – HJK (Finlandiya) 1:0 Qol: Toyvio, 33-öz qapısına.

“Borats” (Bosniya və Herseqovina) – LASK (Avstriya) 2:1 Qollar: Despotoviç, 82. Skorup, 89 – Berişa, 41.

“Çelye” (Sloveniya) – “Yagelloniya” (Polşa) 3:3 Qollar: Zeç, 7. Nieto, 54. Dieques, 80-öz qapısına – Pululu, 34. İmaz, 71. Hansen, 78.

“Dinamo” (Minsk, Belarus) – “Kopenhagen” (Danimarka) 1:2 Qollar: Adeola, 13 – Elyunussi, 6. Diks, 55.

“Noa” (Ermənistan) – “Vikinqur” (İslandiya) 0:0

“Fiorentina” (İtaliya) – “Pafos” (Kipr) 3:2 Qollar: Kuame, 38. Qoldar, 53-öz qapısına. Martines, 73 – Jayro, 68. Jaja, 87.

“Rapid” (Avstriya) – “Şemrok Rovers” (İrlandiya) 1:1 Qollar: Çvetkoviç, 9 – Kenni, 55.

“Omoniya” (Kipr) – “Legiya” (Polşa) 0:3 Qollar: Morişita, 17. Şepanyak, 77. Kakulis, 86-öz qapısına.

“Olimpiya” (Sloveniya) – “Larne” (Şimali İrlandiya) 1:0 Qol: Durdov, 67.

“Luqano” (İsveçrə) – “Gent” (Belçika) 2:0 Qollar: Mahu, 6. Dumbiya, 86.

“Mlada Boleslav” (Çexiya) – “Betis” (İspaniya) 2:1 Qollar: Voyta, 51. Vidra, 54 – Lo Çelso, 17.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər