"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova yeni planşet hədiyyə edilib.
Fanat.Az-ın məlumatına görə, "Araz-Naxçıvan"la Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunlarında keçirilən matçda "iPad"ını qıran təcrübəli mütəxəssisə futbolçuları tərəfindən yenisi verilib.
Qeyd edək ki, "Qarabağ" həmin görüşdə Naxçıvan təmsilçisinə 0:1 hesabı ilə məğlub olub. Hakimin verdiyi penalti qərarına əsəbiləşən Q. Qurbanov planşeti qırıb.