Mayın 28-də Konfrans Liqasının (KL) finalında "Betis"lə üz-üzə gələcək "Çelsi" həlledici qarşılaşmada qələbə qazanacağı, İngiltərə Premyer Liqasında (İPL) isə Çempionlar Liqasına (ÇL) vəsiqə verən yerlərdən birini tutacağı halda, hansı Avropa turnirində mübarizə aparcağını özü müəyyənləşdirəcək.
Fanat.Az-ın məlumatına görə, UEFA-nın mövcud qaydalara əsasən KL-in qalibi olan komanda növbəti mövsümdə Avropa Liqasının Liqa mərhələsində iştirak hüququ əldə edir.
Xatırladaq ki, cari mövsüm İPL-dəki mübarizəni ilk 5 pillədə tamamlayacaq komandalar ÇL-də iştirak edəcəklər. Bundan başqa, Avropa Liqasının finalında üz-üzə gələcək "Tottenhem" və "Mançester Yunayted"dən biri də qitənin ən nüfuzlu turnirində oynamaq hüququna sahib çıxacaq. 36 tura 63 xal toplayan "Çelsi" hazırda turnir cədvəlinin 5-ci pilləsində mövqe tutub.
Nihat