"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Aris" (Yunanıstan) Finlandiya millisinin futbolçusu Frederik Yenseni sıralarına cəlb edib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
27 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.