16:54 07.08.2025 498

"Araz" "Omoniya" ilə matçlarda da uğur qazana biləcək potensialdadır" - Elşad Əhmədov

Bu gün "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Kiprin "Omoniya" komandasını qəbul edəcək. Tanınmış məşqçi, Azərbaycan millisinin sabiq müdafiəçisi Elşad Əhmədovla əlaqə saxlayıb təmsilçimizin ilk duelindən nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu: 

"Araz-Naxçıvan" öncəki mərhələdə Yunanıstan "Aris"inə qarşı həqiqətən inamla mübarizə apardı və hər iki matçda çox yaxşı futbol sərgilədi. Düzü, belə futbolla diqqət çəkəcəklərini gözləmirdim. Evdəki görüşün (2:1) ikinci, səfər matçının (2:2) birinci hissəsində ortaya qoyduqları futbol səviyyəli kollektiv olduqlarını bir daha isbatladı. Yeni transferlərin başda Patrik Andrade olmaqla, effektli alındığı da faktdır. Böyük büdcəsi olan Yunanıstan klubunu keçmələri ümidlərimizi bir qədər də artırır. "Araz" "Omoniya" ilə matçlarda da uğur qazana biləcək potensialdadır. Təmsilçimizin hücum qurmaq, rəqibi təzyiqdə saxlamaqla bağlı problemi yoxdur. Təəssüf ki, "Aris"lə səfər oyununda qırmızı vərəqə alan mərkəz müdafiəçisi İqor Ribeyro meydana çıxmayacaq. Onun yoxluğu müdafiədə problemlər yarada bilər. Amma istənilən halda, ev oyununda yaxşı nəticə qazanmaq ehtimalları az deyil. Hazırda şanslar 50-nin 50-yədir. Allah qoysa, turu keçən tərəf olarlar. Komandamıza uğurlar arzulayıram".

Qeyd edək ki, "Dalğa Arena"da keçiriləcək “Araz-Naxçıvan” – “Omoniya” qarşılaşması 20:00-da start götürəcək. Tərəflərin cavab görüşü avqustun 14-də Nikosiyada reallaşacaq.

Nihat

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Avqust 2026
09:25

"Sabah"ın Ulduzları"nda 2-ci tur başlayır - "Şəfa" yarışdan uzaqlaşdırıldı

09:00

Çempionlar Liqası: "Sabah" Danimarka çempionu ilə qarşılaşır

01:41

AL: 3-cü təsnifat mərhələsinə start verildi

01:30

KL: "Auda" minimal hesablı qələbəyə sevindi

01:14

ÇL: "Dinamo Zaqreb" darmadağına sevindi

00:33

"Trabzonspor" Salahı necə razı saldı?

04 Avqust 2026
23:43

"Turan Tovuz"dan 2 milyon dollarlıq müqavilə

23:12

Reynders A Seriyasına qayıdır

22:48

"Gəncə" Əlibəy Məmmədli ilə razılıq əldə edib

22:14

Fisnik Aslani "Leyptsiq" yolunda

21:51

Valdas Dambrauskas "Orhus"la matçdan əvvəl belə danışdı

21:19

"Tottenhem" Qakpo üçün hərəkətə keçdi

20:40

"Real"ın argentinalı ulduzu İtaliyaya gedir

20:19

"Qalatasaray" gənc futbolçunu istəsə də...

19:59

"Şamaxı" "Qəbələ"ni üstələdi

19:48

AMADA-nın maarifləndirmə proqramı keçirildi

19:21

Sadiq Quliyev "Karvan-Yevlax"da - RƏSMİ

18:48

I Liqada yeni mövsümün püşkü atıldı

18:09

Azərbaycan millisinin sabiq oyunçusu Region Liqasının debütantında oynayacaq

17:46

"Neftçi" bu komanda ilə yoxlama oyununa çıxacaq

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Kəpəz" moldovalı yarımmüdafiəçini heyətinə qatdı

17:13

"Şimal" "Metak"ın təmir edilməsini gözləyir

17:07

"Qarabağ" məşqçilərin peşəkar inkişafına yönəlmiş yeni təlim proqramına start verdi

16:48

Azərbaycanda yeni komanda yaradıldı

16:30

"Onlar da çempionluğa oynayacaqlar, amma..." - Vüqar Həsənov azarkeşlərə səsləndi

16:12

"Boluspor" azərbaycanlı futbolçunu transfer etdi

15:54

"Karvan-Yevlax" Elvin Yunuszadə ilə bağlı qərarını verdi

15:36

Ötən mövsümü Albaniyada keçirən azərbaycanlı qapıçının yeni iş yeri bilindi

15:18

Qurban Qurbanov jurnalistlərlə görüşəcək

15:01

Nəriman Axundzadənin "Ərzurumspor"da keçidi necə baş tutub? - Meneceri detalları açıqladı

14:42

"Mingəçevir"in taleyinə bu gün aydınlıq gələcək

14:24

"Qarabağ"ı Kiyev "Dinamo"su ilə oyunda neçə azarkeş dəstəkləyəcək?

14:24

Aslan Kərimov: "Qarabağ"la müqayisədə "Sabah"ın oyunu daha çətin keçəcək"

14:06

"Baku Sportinq" sponsorsuz oynayacaq

13:48

MOİK "bayquşlar"a qarşı

13:30

"Kağız üzərində favorit "Qarabağ"dır" - Aslan Kərimov

13:05

"İmişli" Ronaldo ilə yollarını ayırdı

12:46

"Liverpul" PSJ ilə danışıqlara başladı - Barkola "hə" dedi, fransızlar məbləği qaldırdı

12:27

Endrik yenə "Real Madrid"dən ayrılır?

Facebookdan bizi izləməyi unutmayın.
X