
Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Neftçi"nin yay hazırlıq prosesinin harada baş tutacağı dəqiqləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, iyunun 10-da Bakıda bir araya gələcək kollektiv bir həftə paytaxtda hazırlaşandan sonra Sloveniyaya yollanacaq.
Keçiriləcək yoxlama oyunlarının sayı və rəqiblərin adları indilik dəqiqləşməyib.
Hazırlığın Sloveniya mərhələsinə gəlincə, bu, "ağ-qaralar"ın UEFA Konfrans Liqasındakı ilk rəqibi ilə birinci matçın yerindən asılı olacaq. Belə ki, Yuri Vernidubun rəhbərlik etdiyi "xalq komandası" ilk duelə rəqib meydanında çıxacağı halda, Azərbaycana cavab qarşılaşmasından 3 gün öncə qayıdacaq.
Xatırladaq ki, "Neftçi" son mövsümdə Misli Premyer Liqasındakı mübarizəni 59 xalla 4-cü pillədə başa vurub.
Nihat