18:12 10.07.2026 1237

Tarixin ən parlaq startına sözardı

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Bu mövsüm Azərbaycanı qitəmiqyaslı turnirlərdə təmsil etmək hüququ qazanan klublar üçün həqiqət anı çatıb və "Avropa səyyahları"ndan 3-ü artıq ilk oyunlarını keçiriblər. "Sabah" UEFA Çempionlar Liqasında, "Qarabağ" UEFA Avropa Liqasında, "Zirə" isə UEFA Konfrans Liqasında ilk matçına Bakıda çıxıb. KL-dəki digər klubumuz "Neftçi" isə növbəti mərhələni gözləyir. "Bayquşlar"ın Uels çempionu TNS-i 2:0, "Zirə"nin Gürcüstan "Torpedo"sunu 3:0, "Qarabağ"ın "Vestri"ni (İslandiya) 3:0 hesabı ilə üstələməsi şübhəsiz, olduqca parlaq başlanğıcdır. Maraqlıdır ki, mübarizəyə Konfrans Liqasının 2-ci təsnifat mərhələsindən qoşulacaq və "Dinamo" (Minsk, Belarus) - "Sileks" (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək "Neftçi" də birinci matçında fanatlarını "doğma divarlar arası"nda sevindirməyə çalışacaq.

Tarixin ən yaxşı performansı

Avrokubokların 1-ci təsnifat mərhələsinin ilk oyunları Azərbaycan futbolu tarixinə ən uğurlu həftə kimi düşüb. Klublarımızın hər üç oyunda qalib gəlməsi qitəmiqyaslı turnirlər tarixində ikinci belə hadisədir. Komandalarımız bunadək yalnız bir dəfə həftə ərzində ən azı 3 oyun keçirib və hamısında qalib gəlib. 2013/2014 mövsümündə "İnter" "Mariehamn"ı (Finlandiya) 2:0, "Qarabağ" "Metallurq"u (Şimali Makedoniya) və "Xəzər Lənkəran" "Slima"nı (Malta) eyni – 1:0 hesabı ilə məğlub edib. Həmin qarşılaşmaların üçü də UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutub və 2013-cü il iyulun 11-də keçirilib.13 ildən sonra 3 qələbə əldə olunsa da, bu dəfə daha yaxşı top fərqi qeydə alınıb. 2013-cü ildə qol buraxmayan üç klubumuz 4 qol vurubsa, yenə qapısını toxunulmaz saxlayan təmsilçilərimiz ikiqat çox – 8 dəfə rəqib qapılarına yol tapıb.

"Bayquşlar" işin böyük hissəsini görüb

Təbii, geridə qalan mövsümü "qızıl dubl"la tamamlayan "Sabah"ın ilk dəfə iştirak etdiyi ÇL-dəki birinci cəhdini 2 cavabsız qolla yekunlaşdırması böyük ümidlərə meydan verir. Valdas Dambrauskasın çalışdırdığı kollektivin Britaniyada uğur qazana bilməməsi xoş olmayan sürpriz sayılar. Şübhəsiz, TNS öz meydanında daha cəsarətli görünə, ardıcılı həmlələrlə vəziyyəti xeyrinə dəyişməyə çalışa bilər. Necə deyərlər, Uels komandasının itiriləcək bir şeyi qalmayıb və özləri də gerçəkliyin fərqindədirlər. Amma "Sabah"ın real gücü azərbaycanlı futbolsevərləri nikbin düşüncələrə səsləyir. 

Sabah" ilə TNS arasında cavab görüşü iyulun 14-də Uelsin Ozuestri şəhərindəki "Park Hall" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Azərbaycan millisinin sabiq çalışdırıcısı Arif Əsədovun bu barədə fikirlərini diqqətinizə çatdırırıq: "Gözlənildiyi kimi, "Sabah" ərazi üstünlüyünə malik idi. Komandamız oyuna diktə edirdi. Bununla belə, görüş heç də asan keçmədi. Bu da ilk qolun gec vurulmasından qaynaqlandı. Rəqib qapanmışdı, bu üzdən uelslilərin kompakt müdafiəsini yarmaq çətinlik yaratdı. Təlim-məşq toplanışından dərhal sonra olduğu üçün "Sabah"ın tam hazır olmadığını, ağır göründüyünü də bildirim. Bu da təbiidir. Ancaq hesab açıldıqdan sonra təmsilçimiz daha rahat oynamağa başladı, qol epizodlarının sayı artdı. Son dəqiqələrdə vurulan 2-ci qol yerinə düşdü. Bu, üstünlüyü artırmağa, səfər oyununa daha rahat yollanmağa imkan verəcək.

Qeyd etdiyim kimi, "Sabah" hələ tam hazır deyil. Amma şübhə etmirəm ki, tədricən, oyundan-oyuna artıracaq. Səfər matçı Bakıdakı oyun kimi keçməyəcək. Rəqibdən ehtiyatlanmaq lazımdır. TNS standart vəziyyətlərdə təhlükəli ola bilər. Həm də hiss olunur ki, hücumçuları irəlidə top saxlaya bilir. Bundan başqa, meydan amili, rəqibin və tribunaların təzyiqi "Sabah"ın əleyhinə olacaq. İstənilən halda, "bayquşlar"ın mərhələni adlayacağını düşünürəm. "Sabah" potensialını tam ortaya qoya bilsə, Konfrans Liqasının qrupuna düşə bilər. Komandamıza uğur arzulayıram". 

"Zirə" yaxşı mənada təəccübləndirdi

UEFA Premyer Liqada 3-cü yeri tutaraq KL-də iştirak hüququ qazanan "Turan Tovuz"u məlum səbəbdən avrokuboklara buraxmadığı üçün "boz qurdlar"ın yerini tutan "Zirə"nin hazırlaşmağa çox vaxtı yox idi. Bu səbəbdən əksər mütəxəssislər "qartallar"ın Gürcüstanın Kutaisi şəhərindən olan rəqiblə görüşdə ciddi çətinlik çəkəcəyini proqnozlaşdırır, bəziləri isə qonşu ölkənin komandasını daha şanslı sayırdı. Düzdür, Sumqayıtdakı matçda qonaqların da fürsətləri oldu, ancaq baş məşqçi Rəşad Sadıqovun işinin öhdəsindən artqlaması ilə gəldiyi mütləq vurğulanmalıdır. Hiss olunurdu ki, Sadıqov rəqibi yüksək səviyyədə təhlil edib və doğru oyun planı müəyyənləşdirib. Razılaşaq ki, bu nəticənin ardından "Zirə"nin 2-ci mərhələyə adlamamsı sensasiya olar.

Komandalar arasında Gürcüstanda keçiriləcək cavab matçı iyulun 16-da keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Azərbaycan millisinin sabiq yarımmüdafiəçi Aslan Kərimov da saytımıza verdiyi açıqlamada "Zirə"nin gözləniləndən üstün performansla diqqət çəkdiyini vurğuladı: "Əslində, ilk oyunu belə gözləmirdim. "Zirə"nin ifasında tempin aşağı olacağını düşünürdüm. Çünki yeni sezonun birinci oyunu idi. Komandanın hazırlığı da əhatəli olmamış, buna vaxtları kifayət etməmişdi. "Zirə" bütün komponentlərdə rəqibini üstələdi. "Torpedo Kutaisi" texnikalı futbolçulardan ibarət olan komandadır. Təmsilçimiz onların bütün üstün cəhətlərini zərərsizləşdirməyi, gedişlərinin qarşısını almağı bacardı. Bunun nəticəsində 3 cavabsız qol da vurduq, cavab görüşü öncəsi çox yaxşı nəticə əldə etdik. Amma hələ heç nə həll olunmayıb. Bu ciddiyəti Gürcüstanda da qorumaq lazımdır. Şəxsən belə düşünürəm ki, Bakıdakı oyunda əsl "Torpedo Kutaisi"ni görmədik. Cavab qarşılaşmasında "Zirə"yə güclü təzyiq edəcək, azarkeşlərinin dəstəyindən yararlanmağa çalışacaq, qələbə qazanmaq üçün bütün qüvvələrini ortaya qoyacaqlar. Düzdür, 3:0-dan geridönüş etmək onlar üçün asan olmayacaq. Rəşad Sadıqovun səfərdə taktikanı dəyişib ək-həmlələrə bel bağlaya bilər ki, hücuma aludə olan rəqibin boşluqlarından yararlansın. "Zirə"nin mərhələni adlayacağına şübhə etmirəm".  

Yenilənmiş "Qarabağ"dan asan qələbə

İslandiyada aşağı liqaya düşməsinə baxmayaraq, ölkə kubokunu qazandığı üçün AL-də "Qarabağ"ın önünə çıxan "Vestri"nin Azərbaycandan qələbə və ya sərfəli heç-heçə ilə qayıtmaq şansı çox deyildi. Bir neçə yeni transferə əsas heyətdə yer verən Qurban Qurbanovun komandasının ənənəvi oyun üslubuna sadiq qaldığını gördük. Üstəlik, uzun fasilədən sonra cinah müdafiəçisi Elvin Cəfərquliyevin "köhlənlər"in forması ilə mübarizə aparması azarkeşlər üçün xoş sürpriz oldu. Evə 0:3 hesablı yenilgi ilə dönən "Vestri" ilə matçda izlədiklərimizə nəzərən "Qarabağ"ın indiki gücünü müəyyənləşdirmək olmaz. Bunun üçün Ağdam təmsilçisi daha səviyyəli kollektivlə duelinə baxmaq şərtdir. Hərçənd "ağ-göylər"in zaman keçdikcə oyun planında artıracağı və yavaş-yavaş forma yığacağı bəlli həqiqətdir.

Tərəflər arasında səfərdə keçiriləcək qarşılaşma iyulun 16-dan 17-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. 

"Qarabağ"ın və Azərbaycan millisinin sabiq hücumçusu Vüqar Nadirovun birinci görüşün ardından Fanat.Az-a dedikləri belə oldu: "Üç cavabsız qol mərhələnin taleyinin böyük ölçüdə, həll edilməsi deməkdir. Əla nəticədir. Bu rəqibin öz meydanında bizə böyük problem yaradacağını düşünmürəm. Əlbəttə, hazırda "Qarabağ"ın futbolçularının meydanda anlaşmaları yüksək səviyyədə deyil. Matçın gedişində bu yöndə müəyyən çatışmazlıqlar sezildi. Təbii ki, zamanla düzələcək. Anlaşma səviyyəsi yüksələndən sonra hücumların sürəti də artacaq. Növbəti avrokubok oyunlarında daha yaxşı "Qarabağ" görəcəyimizə şübhə etmirəm". 

Nihat Ağasoy

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub. 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

02 Sentyabr 2026
11:53

Premyer Liqada transfer rekordu yeniləndi

11:34

6:1-in memarı: "İdeal komanda deyilik"

11:20

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:05

"Sabahın Ulduzları": "Neftçi" "Sumqayıt"ı üstələdi - Fotolar/Nəticələr

10:46

"Qalatasaray"ın yeni müdafiəçisi - RƏSMİ

10:27

"Sabah"ın ÇL üçün iştirak ərizəsi bilindi

10:09

Həftəiçi oyunları bu kanallarda - AFİŞA

09:48

2-ci Liqa: İlk tura yekun vurulur

09:25

"Trabzonspor" baş məşqçisi ilə yollarını ayırdı - RƏSMİ

09:00

"Milan"ın ulduzu karyerasını La Liqada davam etdirəcək

02:03

Nəriman Axundzadənin karyerasında yeni mərhələ

00:41

"Qalatasaray" "Real Madrid"in ulduzunu alır

01 Sentyabr 2026
23:32

II Liqa: "Şirvan" darmadağına sevindi, "Şəki"dən inamlı qələbə

23:04

"Qarabağ" "Dinamo Zaqreb"lə qarşılaşacaq

22:46

Azərbaycan millisi Avropa çempionatında mübarizəni dayandırdı

22:12

"Sabah" braziliyalı yarımmüdafiəçini heyətinə qatdı

21:46

"Qarabağ"dan ayrıldı, ilk matçında fərqləndi

21:06

Moussa Diallo "Şimal"da - RƏSMİ

20:33

"Kəpəz" heyətini gücləndirdi - RƏSMİ

20:04

"Çempionluq uğrunda "Qarabağ"la "Sabah"ın mübarizə aparacağı açıq-aşkar görünür" - Aslan Kərimov

19:34

Puxaçdan nümunəvi addım

19:13

"Neftçi SOCAR" Dünya Qadın Seriyasında mövsümü ikinci pillədə başa vurub

18:42

Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb

17:50

Ağsu şəhər stadionunun süni ot örtüyü FIFA-nın sertifikatına layiq görüldü

17:33

Rakif Əliyev: "Mingəçevir"lə oyuna maksimum nəticə qazanmaq üçün gedirik"

17:16

Samir Ələkbərov: "Məqsədimiz qələbə olacaq, amma 1 xal da götürsək, min şükür"

16:57

Ramiz Məmmədov: "Karvan" "Baku Sportinq"lə oyuna 80-90 faiz hazırdır"

16:36

"Sabah"ın oyunçusu "Xankəndi"yə transfer olundu

16:17

"Rubin"in Messinin oynadığı dönəmdə"Barselona"ya qalib gəldiyini unutmayaq" - Ağasəlim Mircavadov

15:58

Üç tura təyinat alan referilərin sayı 12-yə çatdı, 3-ü şans gözləyir - Hakimliyin mənzərəsi

15:39

"Neftçi"nin güclü komanda olduğunu bilirik, amma..." - Andrey Draqu

15:20

"Neftçi" ilə matçda qələbəyə daha layiq idik" - Ayxan Hüseynov "Sabah"la oyundan nə gözləyir?

15:02

"Yuventus" yeni hücumçu ilə razılığa gəldi

14:43

Son 10 mövsümün antirekordu yaşandı

14:28

"Bu qarşılaşma "Səbail" üçün o qədər də rahat oyun olmayacaq" - "Xankəndi"nin baş məşqçisi qələbəyə köklənib

14:10

Deniz Gül "Qalatasaray"da - RƏSMİ

13:51

AÇ-2026: Azərbaycan millisi Türkiyə ilə 1/8 final oyununa çıxır

13:32

Mudrik digər İngiltərə klubuna keçir

13:14

"Rəhbərliyin qarşıya qoyduğu hədəf bir yana, özüm də məşqçi kimi buna nail olmaq istəyirəm"

12:55

"Borussiya Dortmund" "Arsenal"ın yarımmüdafiəçisini aldı

Facebookdan bizi izləməyi unutmayın.
X