
Azərbaycanın avrokubokdakı təmsilçiləri ölkə futbolu tarixinin ən yaxşı nəticəsinə imza atıblar.
Fanat.Az-ın məlumatına görə, "Avropa səyyahlar"ı cari mövsümün ilk 6 oyununu maksimum nəticə ilə başa vurublar ki, bu da ilk belə nəticədir.
UEFA Çempionlar Liqasında “Sabah” TNS-i (Uels) evdə 2:0, səfərdə 2:1 hesabı ilə yenibsə, UEFA Avropa Liqasında “Qarabağ” “Vestri”ni (İslandiya) hər iki matçda 3 cavabsız qolla üstəlıyib. "Zirə" də UEFA Konfrans Liqasındakı rəqibi “Torpedo”ya (Kutaisi, Gürcüstan) eyni aqibəti yaşadıb. "Qartallar" Sumqayıtdakı görüşdə olduğu kimi, İslandiyada da qapını toxunulmaz saxlayaraq 3 dəfə fərqləniblər.
Azərbaycan klublarının cəmi 1 qol buraxması da özlüyündə maraqlı məqamdır. Rəqiblərini 16 dəfə cəzalandıran təmsilçilərimiz qitəmiqyaslı turnirlərdə yüksək məhsuldarlıqla diqqət çəkir.
Toğrul