
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Minsk "Dinamo"su ilə üz-üzə gələcək "Neftçi"nin rəqibini bu gün Bakıda çıxacağı ilk oyunda neçə azarkeşin dəstəkləyəcəyi bəlli olub.
Fanat.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, "Qərb-2" sektorunda yer alacaq belaruslu fanatlar öncə 20, daha sonra 55 bilet istəyiblər.
Belə ki, Belarusun digər klubu BATE-nin KL-in 2-ci təsnifat mərhələsində sabah Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda "Syon"a (İsveçrə) qarşı keçirəcəyi matça baxmaq üçün ölkəmizə gələn azarkeşlər də "Dinamo"nu irəli səsləyəcəklər.
Qeyd edək ki, "Palms Sports Arena"da baş tutacaq "Neftçi" - "Dinamo" görüşünün start fiti 20:00-da səsləndiriləcək.
Nihat