
UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk matçında Kiyev "Dinamo"suna 0:1 hesabı ilə uduzan "Qarabağ" Bakıda Ukrayna komandasını 2 cavabsız qolla üstələyərək növbəti mərhələyə yüksəldi və "Tvente"nin rəqibi oldu.
"Qarabağ"ın sabiq futbolçusu Elgiz Kərəmli əlaqə saxlayıb "köhlənlər"in dünənki oyunu, eləcə də "Tvente" ilə qarşıdakı görüşlər barədə fikirlərini öyrəndik.
Ötən mövsüm 1-ci Liqada "Şəfa"nı çempionluğa daşıyandan sonra postundan ayrılan 34 yaşlı mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:
"Oyun gozlədiyim axarla keçdi. "Qarabağ" həm rəqibindən üstün oyun numayiş etdirdi, həm də qələbə qazandı. İlk hissədə daha yaxsı görünən komanda "Qarabağ" idisə, ikinci hissədə rəqib bir qədər fəallaşdı. Bizim furbolçular bəzi epizodlarda lazımsız səhvlər edərək Ukrayna komandasına qol imkanları yaratdılar. Belə desəm, fasilədən sonra oyun dinamikası itmisdi ki, məşqcilər heyəti əvəzetmələrlə bunu aradan qaldıra bildilər. Komandamız layiqli qələbə qazandı, onları təbrik edirəm.
Növbəti oyunun daha çətin keçəyini gözləmək olar. "Tvente" tanış rəqib olsa da, əvvəlki iki mübarizənin üstündən xeyli vaxt keçib. "Dinamo" üzərində qələbə sayəsində "Qarabağ"a inam gəldiyini düşünürəm. Təmsilçimiz bu inam fonunda səhvləri minimuma endirərək "Tvente"yə qalib gələ bilər. "Qarabağ"a inaniram və uğurlar arzu edirəm".
Nihat