
UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivısində "Tvente"nin qonağı olacaq "Qarabağ"ın səfər planı bəllidir.
Klubun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, Azərbaycan təmsilçisi oyundan bir gün öncə Niderlanda yollanacaq.
"Köhlənlər" iyulun 19-da, yerli vaxtla 14:00-da sözügedən ölkənin Enshede şəhərinə uçacaqlar.
Qeyd edək ki, "Tvente" – "Qarabağ" qarşılaşması avqustun 20-də, Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq. Tərəflərin cavab qarşılaşması iyulun 27-də, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.
Nihat