Hayfa klubu “Makkabi” “Neftçi” ilə Konfrans Liqasındakı görüş ərəfəsində yeni transfer gerçəkləşdirib.
Fanat.Az xəbər verir ki, son klubu “Hapoel” (Nof Haqalil) olan Mahmud Jaber 2024 -cü ilə qədər karyerasını yaşıl rəngdə davam etdirəcək. 21 yaşlı yarımmüdafiəçi bazar günü rəsmi müqavilə imzalayıb. Jaber agenti Dudu Dahan və ailəsi ilə birlikdə klubun ofislərinə gedib və klubun baş meneceri Assaf Ben Dovun iştirakı ilə anlaşmaya imza atıb.
“Makkabi” artıq israilli futbolçunu sifariş edib. Yarımmüdafiəçinin adı bu gün “Neftçi” ilə oyunlar üçün UEFA-ya təqdim olunub.
Mirağa