"Komanda son olaraq 14 il əvvəl avrokubokların qrup mərhələsində çıxış edib. Bizi hansı təhlükənin gözlədiyini bilirik".
Fanat.Az-ın məlumatına görə, bu fikirlər Şotlandiyanın "Aberdin" komandasının futbolçusu Funso Oyoya məxsusdur.
30 yaşlı yarımmüdafiəçi "Qarabağ"a qarşı keçirəcəkləri Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu ilə bağlı "Eveningexpress"ə açıqlamasında Bakıdakı ilk matça da toxunub və havanın çox isti olduğunu bildirib: "Səfərdə 0:1 hesabı ilə məğlub olduq. Amma şərtləri nəzərə alsaq, nəticədən məmnunuq. Hava çox isti idi. Meydanın da durumu bərbad idi. Rəqib yaxşı komandadır. Evdə azarkeşlərimizin qarşısında oynayacağıq. Tribunalarda izdiham olacaq. İstedadımızı ortaya qoyaraq nəticə qazana biləcəyimizi düşünürəm".
Oyonun sözlərinə görə, klub prezidenti və azarkeşlər onlardan yaxşı nəticə istəyir.
Qeyd edək ki, avqustun 26-da keçiriləcək "Aberdin" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İlk oyunda Ağdam təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0.
Mirağa