UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Aberdin"in qonağı olacaq "Qarabağ"ın səfər proqramı açıqlanıb.
Fanat.Az-ın məlumatına görə, Ağdam klubu bu gün Şotlandiyaya yollanacaq. Komanda saat 17:00-da Bakını tərk edəcək.
Bu axşam yerli vaxtla saat 18:40-da (Bakı vaxtı ilə 21:40) "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Aberdində mətbuat konfransı baş tutacaq. Son məşq isə saat 22:00-da matçın oynanılacağı “Pittodri” stadionunda olacaq.
Qeyd edək ki, avqustun 26-da keçiriləcək "Aberdin" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İlk oyunda Ağdam təmsilçisi minimal hesablı (1:0) qələbə qazanıb.
Mirağa