Avqustun 26-da UEFA Konfrans Liqasının pley-off mərhələsində "Aberdin"lə qarşılaşacaq "Qarabağ" nəticədən asılı olmayaraq, Şotlandiya klubu üçün əlamətdar hadisənin iştirakçısı olacaq.
Fanat.Az xəbər verir ki, cavab görüşü meydan sahiblərinin yubiley - 150-ci avrokubok oyunu olacaq.
Klubun proqram tədarükçüsü "Curtis Sport" cümə günü 150-ci oyun üçün xüsusi suvenir nəşr hazırlayıb.
"Aberdin" əvvəlki 149 matçda klub 62 qələbə qazanıb, 38 heç-heçə edib, 50 dəfə məğlub olub. Cəmi 3 funt-sterlinqə satılan proqramda komanda üzvləri ilə eksklüziv müsahibələr və "Aberdin"in arxivindən fotoşəkillər yer alır. Klubun Avropa tarixini əks etdirən bir çox materialla dolu nəşr 68 səhifəlikdir.
Mirağa