Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən "Neftçi" bu gün pley-off mərhələsində cavab matçına çıxıb.
Fanat.Az xəbər verir ki, "ağ-qaralar" İsraildə Hayfa "Makkabi"sinin qonağı olub.
Bakıdakı ilk qarşılaşmada rəqibi ilə 3:3 hesablı heç-heçə edən flaqman səfərdə vəziyyəti dəyişməyə çalışıb. "Sammi Ofer" stadionunda baş tutan görüş Bakı vaxtı ilə saat 21:00-da başlayıb. Matçı Şimali Makedoniyadan olan FIFA referisi Aleksandr Stavrev idarə edib.
"Neftçi"nin heyətində Mamadu Mboc, Yusuf Laval və İsmayıl Zülfüqarlı cəzalı olduqları üçün meydana çıxmayıb.
Müqaviməti 20-ci dəqiqədə qırılan Bakı təmsilçisi 4 cavabsız qol buraxaraq avrokuboklarda mübarizəni dayandırıb.
UEFA Konfrans Liqası
Pley-off mərhələsi
Cavab oyunu, 26 avqust
21.00 Makkabi (Hayfa, İsrail) - Neftçi (Azərbaycan) 4:0
Qollar: San Menaxem, 20, Atzili, 45+2, Haziza, 53-pen. Abu Fani, 69.
Makkabi: 44. Coşua Kohen, 2. Rayan Streyn, 5. Boqdan Planiç, 7. Ömər Atzili, 8. Dolev Haziza, 10. Tyaron Çeri (k), 12. San Menaxem, 14. Joze Rodriqes, 16. Məhəmməd Abu Fani, 21. Din Devid, 24. Ori Dahan.
Ehtiyat oyunçular: 30. Ariel Barduqo, 77. Royi Fuks, 3. Şon Qoldberq, 4. Əli Məhəmməd, 9. Ben Sahar, 11. Qodsvey Donyo, 15. Ofri Arad, 18. Yuval Aşkenazi, 25. Yosef Raz Meyr, 26. Məhəmməd Jaber, 33. Maor Levi, 55. Rami Gerşon.
Baş məşqçi: Barak Baxar.
Neftçi: 30. Aqil Məmmədov, 4. Huqo Basto, 6. Voyislav Stankoviç, 8. Emin Mahmudov (k), 10. Sezar Meza Kolli, 11. Harramiz Suares, 14. Romen Bask, 19. Fəhmin Muradbəyli, 20. Mert Çelik, 29. Sabir Buqrin, 36. Mamadu Kane.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 22. Mirabdulla Abbasov, 26. Ömər Buludov, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Samir Abasov.
Hakimlər: Aleksandr Stavrev, Deyan Kostadinov, Qoçe Peterski, Deyan Yakimovski (Şimali Makedoniya).
Hayfa, "Sammi Ofer" stadionu.
İlk oyun - 3:3.