"Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İsveçrə "Bazel"inin sahibi David Degen "Blue sport" TV-nin qonağı olub.
Fanat.Az xəbər verir ki, klub rəhbəri "90 dəqiqə" verilişində çıxışı zamanı qrupdakı rəqibləri barədə də danışıb.
İsveçrə futbolunun 38 yaşlı əfsanəvi veteran futbolçusu bildirib ki, "Bazel" həmişə beynəlxalq yarışlarda çıxış etməlidir. Uzun səfərlərdən məmnun olmasam da, qrupdakı rəqiblərdən razıyam. Onları məğlub etməliyik".
Qeyd edək ki, "Qarabağ" ilə "Bazel" arasında ilk görüş sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Xatırladaq ki, H qrupunda "Qarabağ" və "Bazel"lə yanaşı Kiprin "Omoniya" və Qazaxıstanın "Kayrat" komandaları da yer alıb.
Röya