Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Bazel” heyətinə 3 yeni oyunçu qatıb.
Fanat.Az xəbər verir ki, bu barədə İsveçrə klubunun rəsmi saytı məlumat yayıb.
“Sportinq"in yarımmüdafiəçisi Jelson Fernandes “Bazel”də icarə əsasında çıxış edəcək. 18 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Portuqaliyanın digər klubu "Benfika"nın müdafiəçisi Tomas Tavares də heyətə cəlb edilib. Onunla 1 illik müqavilə imzalanıb.
Bundan başqa, Fransanın "Nitsa" klubunun futbolçusu Dan Ndoye də Bazel şəhərinin eyniadlı təmsilçisində çıxış edəcək. İsveçrə millisinin üzvü olan 20 yaşlı hücumçu da 1 illik icarəyə götürülb.
Qeyd edək ki, "Bazel"lə "Qarabağ"ın ilk görüşü sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.