UEFA Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Omoniya" yoxlama matçı keçiriləcək.
Fanat.Az xəbər verir ki, Kipr təmsilçisi yerli "Etnikos" klubu ilə gücünü sınayacaq. Oyun sentyabrın 5-i yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 20:00) Dasakidə baş tutacaq. Yoxlama görüşü olmasına baxmayaraq, matça azarkeşlər də buraxılacaq. Bunun üçün onların 10 avrolarından keçmələri və pandemiya üçün vaksin sənədini təqdim etmələri lazımdır.
Qeyd edək ki, hazırda "Etnikos"da millimizin və "Qarabağ"ın sabiq üzvü Araz Abdullayev çıxış edir. O, Kipr klubuna bu il iyun ayında keçib.
Mirağa