"Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən Kipr "Omoniya"sı heyətini yeni qapıçı ilə gücləndirib.
Fanat.Az Kipr klubunun rəsmi saytına istinadən xəbər verir ki, Nikosiya təmsilçisi son klubu APOEL olan Frensis Uzoho ilə anlaşıb.
Nigeriya millisinin üzvü ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Kipr və Azərbaycan təmsilçiləri arasında ilk matç sentyabrın 30-da Nikosiyada, təkrar qarşılaşma isə noyabrın 25-də Bakıda keçiriləcək.