"Qarabağ"ın Konfrans Liqasındakı rəqiblərindən olan "Omoniya" azarkeşlərinə sərfəli təklif irəli sürüb.
Fanat.Az xəbər verir ki, Kipr klubu qrupdakı digər rəqibi "Bazel"lə səfər oyununda tərəfdarlarının dəstəyini qazanmaq istəyir.
Bununla bağlı edilən müraciətdə bildirilir:
"Tərəfdaşımız "SKYLAB TRAVELS" turizm agentliyi ilə birlikdə 21 oktyabrda İsveçrədə keçiriləcək "Bazel" ilə səfər matçına azarkeşlər üçün bir ekskursiya təşkil edirik.
Təyyarədə məhdud sayda oturacaq var.
Tarixlər: 20-22 oktyabr 2021
Qiymətlər: İki nəfərlik otaqda adam başına 690 - 840 avro
Qiymətlərə daxildir:
Çarterlə birbaşa uçuşu olan aviabilet.
Hava limanı vergiləri
Əl yükü 8 kq və çamadan 20 kq
Səhər yeməyi daxil olmaqla, oteldə iki gecəlik yerləşmə
Nəqliyyat: hava limanı - otel, otel - stadion - otel, otel - hava limanı"
Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının qrup mərhələsində "Bazel" (İsveçrə), "Omoniya" (Kipr) və "Kayrat" (Qazaxıstan) klubları ilə mübarizə aparacaq.
Mirağa