Sentyabrın 16-da UEFA Konfrans Liqasının qrup mərhələsində ilk sınağına çıxacaq "Qarabağ" "Bazel"lə oyunun biletlərini satışa çıxarır.
Fanat.Az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda baş tutacaq görüş üçün 31 min bilet hazırlanıb. Biletlər sabahdan satışda olacaq.
Qeyd edək ki, UEFA "Bazel"lə oyunun BOS-da keçirilməsinə qərar verib. Gələn həftənin cümə axşamı baş tutacaq oyun saat 20:45-də başlayacaq.
Mirağa