"Qarabağ" sabah Konfrans Liqasının qrup mərhələsinin II turunda "Omoniya" ilə qarşılaşacaq.
Fanat.Az xəbər verir ki, Kiprdə bu görüşə maraq yetərincə böyükdür.
Bu ölkənin mətbuatı Ağdam klubunu təhlil edərkən xüsusilə İbrahima Vadjidən ehtiyatlanır. "24sports.com.cy" portalı seneqallı hücumçunun "əsas silah" olduğunu belə əsaslandırıb:
"Omonia"nın növbəti rəqibi üçün xüsusi təqdimata ehtiyac yoxdur, çünki "Qarabağ"ı yaxın keçmişdə APOEL və AEL-lə oyunlardan yaxşı tanıyırıq.
Qurban Qurbanovun komandasında nələrin dəyişdiyini təhlil etsək, narahatedici bir neçə məqamı vurğulaya bilərik. Konkret, bir neçə həftədir "Qarabağ"da peyda olan İbrahima Vadjini qeyd etmək lazımdır. Konkret, 18 avqustda transferi rəsmiləşən, yeni komandasına 600 min avroya başa gələn və Azərbaycanda "Legiya Varşava"sına gedən Mahir Emrelinin əvəzləyicisi gözüylə baxılan İbrahima Vadji
qısa müddətdə "Qarabağ"ın əsas heyətində möhkəmlənə bilib.
2016-cı ildə Türkiyə "Qaziantepspor"una keçən seneqallı hücumçu təxminən iki il qaldığı bu ölkədə varlığını hiss etdirə bilmədi. Növbəti "stansiya"sı "Mölde" oldu. O, Norveç klubunda 16 oyunda dörd qol vurdu, amma məşqçilər korpusunu inandıra bilmədi və buna görə də "Haugasund"a icarəyə verildi... və beləliklə, karyerası parlamağa başladı.
Yeni klubunda 13 oyunda 7 qol vurdu, nəticədə "Haugasund"a daimi əsasla transfer olundu. Növbəti iki ildə keçirdiyi 44 oyunda 20 qol vuraraq "Qarabağ"ın diqqətini çəkdi.
Azərbaycanda artıq dörd oyunda iki qol vuraraq özünü göstərməyi bacarıb.
Seneqallıların 19 may 2019-cu ildə dopinq testində ilişməsi və nəticədə 14 aylıq cəza alması da qeyd olunmalıdı.
Vadji haqqında ən vacib detal "Omoniya"nın baş məşqçisi Henninq Berqin onu Norveç çempionatından tanımasıdır! "Yaşıllar"ın məşqçisi 2018-2019 mövsümündə "Stabaek"i çalışdırırdı və bu zaman onun komandası seneqallı forvardla iki dəfə üz-üzə gəlib. Hər iki görüşdə "Haugasund" qalib gəlib, baxmayaraq ki, Vadji fərqlənə bilməyib.
Bir sözlə, Henninq Berq Seneqalın U-20-ndə oynamış İbrahima Vadjinin potensialına bələddir və nə olur-olsun, onu Fabianonun qoruduğu qapıdan uzaq tutaraq zərərsizləşdirməlidir".
Qeyd edək ki, "Omoniya" - "Qarabağ" sabah GSP stadionunda Bakı vaxtı ilə 23:00-da keçiriləcək.
Mirağa