"Qarabağ"ın futbolçusu Kevin Medina Kiprdə "Omoniya"ya qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunundan öncə mətbuat konfransında çıxış edib.
Fanat.Az xəbər verir ki, kolumbiyalı müdafiəçi özünü ötən mövsümlə müqayisədə daha yaxşı hiss etdiyini bildirib:
"Məqsədimiz yaxşı nəticə göstərməkdir. Ağır oyun olacaq. Uzun yol qət etmişik. Ümid edirəm ki, hər şey bizim üçün uğurlu alınacaq. Ötən mövsümdəki səhvləri kənara qoysaq, daha pozitivəm. Artıq özümü daha güvənli və yaxşı hiss edirəm. Məncə, bunun səbəbi kluba adaptasiya olmağımdır".
Qeyd edək ki, sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda oynanılacaq "Omoniya" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Emin Şəmsiyev