"Omoniya"nın sabiq futbolçusu Andreas Giatru (Andreas Giatrou) "Qarabağ"a qarşı keçiriləcək oyundan oncə fikirlərini bölüşüb.
Fanat.Az "Sport FM 104.0" radiostansiyasının saytına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis "Qarabağ"a qalib gəlməyin əhəmiyyətindən danışıb:
"Ən azı qrup ikincisi olmaq istəyiriksə, "Qarabağ"ı məğlub etməliyik. Həm bu komandaya, həm də Qazaxıstan "Kayrat"ına Kiprdə qalib gəlməsək, uğursuzluq olacaq. Qələbə qazansaq, daha böyük hədəflərdən danışa bilərik".
Xatırladaq ki, "Omoniya" - "Qarabağ" matçı bu gün Bakı vaxtı ilə 23:00-da Nikosiyada GSP stadionunda baş tutacaq.
Emin Şəmsiyev