Kiprin “Omoniya" komandasının yarımmüdafiəçisi Şehu Abdullahi Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda “Qarabağ”a qarşı keçirdikləri oyun barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, orta xətt oyunçusu Nikosiyada 1:4 hesabıyla uduzduqları matçdan sonra belə danışıb:
“Nəsə düzgün getmədi. Gələcəkdə daha yaxşısını etmək üçün bunun səbəbini araşdırmalıyıq. Oyun istədiyimiz kimi alınmadı. Bu, bizim günahımızdır. Belə qollar buraxmamalıyıq. Bu cür səhvlər yolverilməzdir”.