"Qarabağ"ın yarımmüdafiəçisi Kadi Malinovski özünün şəxsi "Instagram" səhifəsində paylaşım edib.
Fanat.Az xəbər verir ki, Kiprdə "Omoniya"nı 4:1 hesabı ilə yendikləri görüşdə - UEFA Konfrans Liqasının qrup oyununda dubl edən braziliyalı legioner ürək sözlərini bölüşüb:
"Həyatımda baş verənlərə görə Tanrıya minnətdaram. Belə anlar mənim qəlbimə həkk olunur. Çox gözəl komandamız və ailəmiz var".
Qeyd edək ki, Nikosiydakı görüşün 52 və 90+4-cü dəqiqələrində rəqib qapısına yol tapan Kadinin ilk qolu KL-in 2-ci turunun ən yaxşısı seçilib.