"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda evdə "Kayrat"la (Qazaxıstan) matçına bilet satışı davam edir.
Fanat.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, indiyədək qarşılaşmaya 10 min bilet satılıb.
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyuna koronavirus pandemiyası səbəbindən arenanın yalnız 50 faizi tutumunda azarkeş buraxılmasına icazə verilib.
Bu arada, "Kayrat"ın Bakıya gələcəyi vaxt və qalacağı otel də məlumdur. Əldə etdiyimiz məlumata görə, Qazaxıstan təmsilçisi sabah saat 12:00-da Bakıya təşrif buyuracaq. Rəqib komanda "Fairmont" otelində məskunlaşacaq.
Qeyd edək ki, oktyabrın 21-də keçiriləcək "Qarabağ" - "Kayrat" görüşü saat 20:45-də başlayacaq.
Mirağa