İsveçrənin "Bazel" klubu ölkə kubokunda mübarizəni dayandırıb.
Fanat.Az xəbər verir ki, "Qarabağ"ın Konfrans Liqasındakı rəqibi kubokun 1/8 final mərhələsi çərçivəsində "Etual Karuj"la qarşılaşmada gözlənilməz məğlubiyyətlə üzləşib.
Təsnifata görə ölkənin üçüncü liqasında yarışan və yarıhəvəskar statuslu komanda sayılan "Etual Karuj"la 1/8 final çərçivəsində səfərdə baş tutan oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. "Bazel" görüşdə əsas heyət üzvlərinin xidmətindən yararlansa da, məğlubiyyətdən xilas ola bilməyib.
Maraqlıdır ki, İsveçrənin daha iki adlı-sanlı klubu - "Yanq Boyz" və "Sürix"də kubokda 1/8 finalda mübarizədən kənarlaşdırılıb.
Qeyd edək ki, "Qarabağ"la "Bazel"in Bakıdakı ilk görüşdə qapılara qol vurulmamışdı. Tərəflərin qrupdakı son dueli dekabrın 10-da baş tutacaq.