"Qarabağ" klubu Qazaxıstanda "Kayrat"a qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin IV tur oyununu izləmək istəyən azərbaycanlı azarkeşlərə müraciət edib.
Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisi "Facebook" səhifəsi üzərindən öz fanatları üçün 26 - 28-ci sektorların ayrıldığını açıqlayıb.
"Qarabağ" tərəfdarlarından, bilet alarkən bunu nəzərə almalarını xahiş edib. Biletlərin qiyməti 2 min tenge (8 manat) təşkil edir.
Qeyd edək ki, noyabrın 4-də keçiriləcək "Kayrat" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.