Sabah "Qarabağ" UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turu çərçivəsində Qazaxıstanda "Kayrat"ın qonağı olacaq.
Görüşü izləyənlər arasında 50 nəfər "Qarabağ" azarkeşi olacaq.
Bu barədə Fanat.Az-a Ağdam təmsilçisinin mətbuat katibi Gündüz Abbaszadə məlumat verib. Klub rəsmisinin sözlərinə görə, oyunun başlama saatına qədər bu sayın artacağı ehtimal olunur.
Qeyd edək ki, Almatı şəhərinin Mərkəzi stadionunda keçiriləcək matçda "Qarabağ" azarkeşləri üçün 26 - 28-ci sektorlar ayrılıb. Biletlərin qiyməti 2 min tenge (8 manat) təşkil edir.
Xatırladaq ki, noyabrın 4-də keçiriləcək "Kayrat" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Röya