"Sabahkı oyunu səbirsizliklə gözləyirik. "Bazel" yaxşı komandadır. Bu rəqibə qarşı matçdan təcrübə qazanmaq və təkmilləşmək üçün istifadə etmək istəyirik. Düşünürəm ki, artıq nəticə qazanmalıyıq".
Fanat.Az xəbər verir ki, bunu evdə İsveçrə "Bazel"inə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının H qrupunun IV tur oyunundan öncə Kipr "Omoniya"sının baş məşqçisi Henninq Berq deyib.
Mətbuat konfransına qatılan 52 yaşlı mütəxəssis Nikosiyada "Qarabağ"a 1:4 hesabı ilə uduzduqları görüşdən də danışıb: "Avropada çox yaxşı oynayırıq. Yalnız "Qarabağ"a qarşı oyunun son 20 dəqiqəsində bəxtimiz gətirmədi. Qalan görüşlərdə yaxşı oynasaq da, nəticə əldə edə bilmədik".
Qeyd edək ki, noyabrın 4-də oynanılacaq "Omoniya" - "Bazel" qarşılaşması Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Bu qrupun digər matçında isə "Qarabağ" Qazaxıstanda "Kayrat"ın qonağı olacaq. "Ortalık" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.